Zaporojye Ukraynadan de-fakto ayrıldı...

28 sentyabr, 2022 03:04

Zaporojye vilayəti de-fakto Ukraynadan ayrıldı və Rusiyanın tərkibinə daxil olmaq üçün müraciət ünvanladı.

Azsiyaset com xəbər verir ki, bu barədə Rusiyanın Zaporojye vilayətinin qondarma hərbi-mülki administrasiyasının rəhbəri Yevgeni Balitski deyib.

Qeyd edək ki, vilayətdə keçirilən qondarma referendumun nəticələrinə görə, seçicilərin 93 faizi Rusiyanın tərkibinə keçməyin lehinə səs verib.