""Şimal axını" qaz kəmərlərində partlayışlar qəsdən törədilir" - Borrell
28 sentyabr, 2022 12:07
Avropa İttifaqı (Aİ) “Şimal axını” qaz kəmərlərində baş vermiş qəzaların araşdırılması üçün aparılan istənilən araşdırmanı dəstəkləyəcək.
TASS xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.
“Əldə olan məlumatlar ona işarə edir ki, “Simal axını” və “Simal axını-2” qaz kəmərlərində qeyd alınmış sızma qəsdən törədilmiş əməllərin nəticəsidir”, - Borrelin 28 sentyabrda verdiyi bəyanatda deyilir.