"Rusiya ilə münasibətləri korlaya bilmərik, bu, intihardır" - Köçəryan

28 sentyabr, 2022 12:55

Sərhəddə baş verən son hadisələr zamanı bu qədər itki verməyimiz absurddur. İki il ərzində ciddi müdafiə xəttinin qurulmamasının səbəbi mənə aydın deyil.

Erməni KİV-ləri xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın ikinci prezidenti, "Hayastan" blokunun lideri Robert Köçəryan deyib.

O qeyd edib ki, istənilən müdafiə xətti Azərbaycanın müqavimətini azaldır, vaxt almağa imkan verir:

"İki il ərzində niyə zərbə sistemləri alınmadı? Bizə deyirlər ki, pul var, amma silah almağa yer yoxdur. Biz bu silahları hər yerdən alırdıq. Azərbaycan gücləndiyi üçün deyil, zəifliyimizi gördüyü üçün hücuma keçdi. Müdafiə olunan tərəfin bu qədər itkisi ola bilməz".

Köçəryan mətbuat konfransında Ermənistan-İran münasibətlərinə də toxunub:

"Sünikin (Zəngəzur) təhlükəsizliyinin qorunmasında Ermənistandan sonra ən çox maraqlı olan ölkə İrandır. İki ildir ki, bu istiqamətdə heç bir iş görülməyib. Ən azı Sünikdə İranla bir neçə birgə hərbi təlim keçirmək mümkün idi.

Böhrandan çıxmaq bütün imkanlara malik olan hökumətin vəzifəsidir. Müxalifət hakimiyyətin qərarlarına müqavimət göstərə, problem mənbəyi kimi hakimiyyətin özünə qarşı mübarizə apara bilər. Lakin böhranlarla mübarizə üçün bütün resurslar hakimiyyətin əlindədir, eləcə də məsuliyyət onun üzərindədir. Mən ümidsizliyin nə olduğunu bilmirəm. Fürsət qapıları yalnız döyüşməyə hazır olanların üzünə açılır".

Köçəryan hakimiyyət dəyişikliyi məsələsinə də münasibət bildirib: "Aydın məsələdir ki, hakimiyyətdə olan partiyanın deputatlarının bütün barmaqlarını da kəssələr, mənə səs verməyəcəklər. Deməli, bu yolla gedirsənsə, müxalifət və iqtidar üçün məqbul bir namizəd olmalıdır. Yaxud camaat parlamenti, inzibati binaları mühasirəyə alaraq elə güclü təzyiq göstərməlidir ki, bizim namizədimizi seçməli olsunlar. Bəli, mənim ölkənin gələcək baş naziri vəzifəsinə üç-dörd namizədim var, onlar ölkənin məsuliyyətini öz üzərinə götürə bilərlər. Amma ad çəkmirəm. Adlarını çəkən kimi sabah bu adamlara qarşı cinayət işi, təqiblər başlayacaq, necə ki, indi bunu qanunla seçilmiş icma başçılarına qarşı edirlər".

"Hayastan" blokunun lideri son vaxtlar Rusiya ilə Ermənistanın ittifaq dövlətləri olması haqda təklifə də reaksiya verib:

"İndiki konfiqurasiyada Rusiya ilə müttəfiq dövlət olmaqla vəziyyətdən çıxış yolu görmürəm. İstənilən qərar vəziyyətə uyğun olmalıdır. Hazırda Rusiya ilə müttəfiq dövlət olmaq problemin həlli deyil. Mən Pelosinin bəyanatlarına müsbət baxıram, o cümlədən istənilən ölkənin bizə kömək etməyə hazır olmasına. Lakin ABŞ-ın Ərdoğan üzərində Rusiyadan daha az təsir rıçaqları var. İstənilən halda bizim regionda əsas oyunçu Rusiyadır. Rusiya Azərbaycanla fəal əlaqələr qurur. Səbəb isə bizim ortada olmamağımızdır. Biz nəyəsə qadir olduğumuzu göstərməliyik. Rusiya kimi oyunçularla münasibətləri korlaya bilmərik. Bu, intihara bərabərdir. Biz regionumuzda nüfuzu olan hər kəslə düzgün əlaqələr qurmalıyıq".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"