Azərbaycan nümayəndə heyətinin Qriqoryanla görüşdə "Xarıbülbül" yaxa nişanı diqqət çəkdi

28 sentyabr, 2022 18:50

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb.

Azsiyaset.com xəbər verir ki, ABŞ-da səfərdə olan Azərbaycanın nümayəndə heyətinin üzvlərinin 27 sentyabrda keçirilən yüksək səviyyəli görüşlərdə Xarıbülbül yaxa sancağı istifadə etmələri diqqət çəkib.