"Çıx, xalqın qarşısında üzr istə və istefa ver, get!" - Rəsul Quliyev Paşinyanı istefaya çağırdı

15 oktyabr, 2020 00:43

Azərbaycan parlamentinin keçmiş sədri, hazırda ABŞ-da siyasi mühacirətdə olan Rəsul Quliyev Ermənistanın baş naziri Nikol Paşinyanın son çıxışını təhlil edərək, çox da uzaq olmayan keçmişdən nümunələr gətirib və onu vəzifəsindən istefa verməyə çağırıb.

Azsiyasət.com xəbər verir ki, R.Quliyev özünün “Facebook” səhifəsində yazıb:

“Ermənistan və ya erməni əsilli siyasətçilər heç vaxt normal ağıl sahibi olmayıblar. Hər halda, onların ağızları köpüklənə-köpüklənə 2000 illik tarixlərinin olduğunu iddia etdikləri müddət ərzində bir ağıllı siyasətçiyə rast gəlmək mümkün deyil! Ərəb xilafəti yaranana qədər yarısı Sasanilərin, yarısı Roma imperiyasının “altında” olan, başqa sözlə, vassal olan ermənilər 100 illərlə bir-birlərinə qarşı vuruşublar.

1990-cı illərdə Argentinada erməni əsilli birisini prezident seçdilər. Bu adam havadan kredit vermək, bir sözlə, dələduz siyasətini “Argentina reforması” adlandırdı. Rusiya Federasiyası bu reformalardan istifadə etmək üçün böyük bir nümayəndə heyətini Argentinaya göndərdi. Ancaq tətbiq etməyə vaxt tapmadılar, çünki reforma Argentina iqtisadiyyatını darmadağın etmişdi… O vaxtdan bu günə qədər Argentina iqtisadiyyatı yarı ölü vəziyyətdədir.

1980-cı illərdə erməni əsilli bir dəli Livanın prezidenti oldu. İsrail bu ölkəyə qaçmış Ərəfatın silahlı terroristlərinin ardınca Livana girdi və işğal etdi. ABŞ-ın terrorçu təşkilat adlandırdığı, sovetin yaratdığı erməni “ASALA” təşkilatı məhv edildi. Türkiyənin yaxası bu terroristlərdən qurtardı.

İndi Paşinyan ermənilərin, onların apardığı siyasətin nəticələrini araşdırmaq istəmir və verdiyi bəyanatları ilə bu ölkəni məhvə aparır. Bu adam Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyıb, onunla hərbi saziş imzalamaq istəyir. Fransa kimi (çox zəif və özündən müştəbeh prezident Makron) ölkəni də erməni lobbisindən istifadə etməklə Dağlıq Qarabağı tanımağa çağırır.”

Daha sonra Rəsul Quliyev yazır ki, Ermənistan Fransanı Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırmaqla Rusiyanı müharibəyə cəlb etmək istəyir:

“Mən inanmıram ki, Fransa belə bir addım atar. Dağlıq Qarabağı tanımaqla, faktiki, Ermənistan birbaşa Azərbaycana müharibə elan edir və müqavilədən istifadə edərək, Rusiyanı bu müharibəyə cəlb etmək istəyir. Rusiya, fikrimcə, heç vaxt belə bir avantüraya getməz. Digər tərəfdənsə, Türkiyə Azərbaycanla hərbi müqavilə bağlamağa hazırdır. Eyni zamanda Türkiyə 1921-ci il Rusiya ilə bağladığı Qars müqaviləsindən hər hansı bir maddəyə əsaslanıb, müharibəyə qoşula bilər.

Paşinyan unudub ki, Naxçıvan Azərbaycanın bir hissəsidir. Azərbaycan Naxçıvanın sərhədlərini keçilməz qalaya çevirib. Raket kompleksləri ilə təchiz edilmiş Naxçıvandan Yerevana 1 saat ərzində (maksimum 80 km-lik bir məsafəyə) 100-lərlə ağır mərmilər yağdıra bilər. Bu zonada Rusiya heç vaxt Türkiyə ilə müharibə aparmağa risk etməz! Buna hər kəs əmin olsun. Birincisi, Ermənistanda olan bazası çox qısa bir müddətdə məhv edilər, ikincisi, Suriyada olan bütün bazaları dağıdılar, üçüncüsü isə, Qara və Aralıq dənizində Rusların zəif dəniz donanması darmadağın olar. Ruslar belə bir ağılsız addımı atarsa, Avropa və ABŞ onlara qarşı olacaq və NATO-nun üzvü Türkiyəni dəstəkləyəcək.”

Eks-spiker qeydlərinin sonunda Ermənistan Baş nazirinin ən düzgün çıxış yolunun vəzifəsindən istefa vermək olduğunu vurğulayıb: 

“Reallıq budur, cənab Paşinyan,  sən əgər həmişəki kimi erməni siyasətçilərin ağıldan kəm olduğunu sübut etmək istəyirsənsə, bu addımı at. Aydındır ki, bu siyasətinlə sən hakimiyyətini saxlamaq istəyirsən. Bu, mümkün deyildir. Erməni xalqı səninlə birlikdə qəbirə getmək fikirində deyildir! Xalqına xidmət etmək istəyirsənsə, qoşunlarınızı işğal etdiyiniz Azərbaycan torpaqlarından çıxart, çıx, xalqın qarşısında üzr istə və istefa ver, get! Azərbaycan heç bir erməninin də Dağlıq Qarabağda burnunu qanatmayacaq. Dağlıq Qarabağdan qovulmuş azərbaycanlıları öz yerlərinə qaytaracaq və Dağlıq Qarabağda yaşayan hər bir azərbaycanlı ilə (milliyyətindən asılı olmadan) Ermənistanın iştirakı olmadan, bu vilayətin statusunu müzakirə edəcək.”

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"