Konqresdə anti-Azərbaycan ruzigarı - Erməni lobbisi yeni həmləyə hazırlaşır

01 oktyabr, 2022 12:17

Ermənisifət konqresmenlər qanunvericilik təşəbbüsü ilə çıxış ediblər; hətta qondarma rejimin “ərazi bütövlüyünə” dəstək ifadə edilir - Bakıdan reaksiyalar. 

ABŞ Konqresinin Erməni Məsələləri Qrupunun həmsədri, erməni əsilli Ceki Speyer Azərbaycanın “Ermənistan və ”artsax"dakı hərbi cinayətlərə görə məsuliyyət daşıması üçün" qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) xəbər verib.

Speyer Ermənistanda səfərdə olan ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi Amerika nümayəndə heyətinin tərkibində olub. 

O, Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə və Bakının “hərbi cinayətləri”ni araşdırmaq üçün beynəlxalq tribunallara (!!) müraciət etməyə çağırıb. Speyer belə bir niyyətini hələ ötən həftə, mifik “artsax”ın ABŞ-da sülənən “xin” başçısı, Bakının beynəlxalq axtarışa verdiyi David Babayanla ANCA federal seminarı çərçivəsində keçirilən görüşdə bəyan etmişdi.

ANCA-nın məlumatına görə, qətnamədə sanksiyaların tətbiqi ilə yanaşı, erməni “hərbi əsirlər”in qanunsuz həbsinin araşdırılması tələb olunur, “erməni kilsələrinin və tarixi abidələrinin dağıdılması pislənir”, Ermənistan və “artsax”ın (?!) ərazi bütövlüyünə dəstək ifadə edilir (Ermənistanı başa düşdük, “artsaxın ərazi bütövlüyü” nə demək? Yoxsa erməniyanlı konqresmenlər təzə dövlət kəşf ediblər?!)

Speyerin təşəbbüsünə özü kimi satılmış konqresmenlər - Frank Pallone, Adam Şiff və Anna Eşu qoşulub. Qeyd edilir ki, Speyerin təşəbbüsü Ermənistanla bağlı Qrupun həmsədri Adam Şiffin az öncə dövriyyəyə buraxdığı və ABŞ-ın Azərbaycana yardımını dərhal dayandırmağa çağıran, Azərbaycanın Ermənistana və “artsaxa” qarşı “təcavüzü”nü pisləyən 1351 saylı qətnamə layihəsinin ardınca irəli sürülüb. Qətnamə layihəsini indiyədək 44 konqresmen imzalayıb.

Xatırladaq ki, N.Pelosi İrəvanda olarkən belə bir anti-Azərbaycan təşəbbüsünün anonsunu vermişdi. Bəs erməni lobbistlərinin növbəti təxribatçı cəhdinin reallaşması, layihənin Konqresdən keçmə ehtimalı necədir? Məlumdur ki, noyabrda Konqresə aralıq seçkilər keçiriləcək. Müşahidəçilərə görə, bu seçkilərdə demokratların parlamentdə üstünlüyü əldən çıxacaq. O zaman əsasən demokrat konqresmenlərdən gələn və heç də ABŞ-ın milli maraqlarına cavab verməyən bu layihə noyabra kimi təsdiqlənə bilərmi? Təsdiqlənərsə, Azərbaycan üçün hansı fəsadlar mümkündür və Bakı erməni lobbisinin bu həmləsini neytrallaşdırmaq üçün ön tədbirlər görürmü? Heç şübhəsiz, ermənilərin davam edən sərhəd təxribatları da belə anti-Azərbaycan sənədlərinin qəbulunu asanlaşdırmaq üçün münbit zəmin hazırlamaq niyyəti güdür(musavat.com)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"