Ermənilərin yazışması ələ keçirildi - “Əsgərlər qorxur, hər gün 100 cəsəd göndərin”

15 oktyabr, 2020 11:39

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən düşmən və işğalçı ölkə Ermənistanın dövlət qurumları arasındakı elektron yazışmalar əldə olunub.

Azsiyasət.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistan Hökumət Aparatının Vətəndaşların qəbulu və müraciətlərinin müzakirəsi idarəsinin müdiri Aleksandr Qazaryanın 5 oktyabr 2020-ci il tarixdə Ermənistan müdafiə nazirinə göndərdiyi iki məktubda işğalçı ölkənin ordusundakı acınacaqlı vəziyyət öz əksini tapıb.

Birinci məktub Ermənistan ordusundakı özbaşınalıqla bağlı əsgər valideyninin müraciəti əsasında yazılıb. Məktubu təqdim edirik:

“Bizə Lori vilayətinin Lori Berd icmasının Aşot Yerkat 14 ünvanında yaşayan Qayane Balayan müraciət edib. O bildirib ki, oğlu Anri Balayan 1 oktyabr tarixdə Müdafiə Nazirliyinin 13516 saylı hərbi hissəsinin təlim taboruna məcburi hərbi xidmətə çağırılıb. O, könüllü orduya gedib. Ancaq daimi olaraq hərbi hissədə döyülüb. Onun komandirləri tərəfindən heç bir tədbir həyata keçirilməyib. Bununla əlaqədar bizim təşəbbüsümüzlə MTX tərəfindən araşdırmalar aparılıb və aydınlaşıb ki, baş leytenant Arsen Hovhannisyan bir neçə dəfə əsgərləri döyüb və nəticədə, iki əsgər özünə qəsd edib. Bunlar barədə hərbi hissənin həkimi ilə də danışılıb, o da bu məlumatları təsdiqləyib. Həmçinin həkim Arsen Hovhannisyanın qızdırması və tərləməsi olan əsgərlərə tibb məntəqəsinə getmək üçün icazə vermədiyini də deyib. Qeyd edək ki, Anri Balayan xəstədir və son iki gün ərzində onun vəziyyəti daha da ağırlaşıb. Buna baxmayaraq, onun Qarabağa aparılmasına qərar verilib. Əsgərlər qorxurlar ki, Arsen Hovhannisyan onları Qarabağdakı müharibə şəraitindən istifadə edərək öldürə bilər. Onların ailələri bu barədə bizə çox məktublar göndərirlər. Xahiş edirəm ki, əsgərlərin vəziyyətini araşdırın və sonra Qarabağa göndərmək barədə qərar qəbul edin. Arsen Hovhannisyanı Qarabağa göndərməyin. Onunla bağlı qeyd olunmuş məlumatlarla əlaqəli araşdırmalar həyata keçirin və nəticələr barədə 7 gün müddətində məlumat göndərin”.

İkinci məktubda isə müharibədə ölən əsgərlər barədə valideynlərə məlumat verilməməsi bildirilir:

“Baş nazirin tapşırığı ilə Qarabağda ölmüş əsgərlərin cəsədləri Gorus şəhərinə gətirilib. Ancaq indi onların şəxsiyyətini müəyyənləşdirmək mümkünsüzdür. Artıq onların İrəvan şəhərinə gətirilməsi barədə qərar qəbul edilib. Sizdən xahiş edirəm, ölmüş əsgərlərin ailələrinə bu barədə hər hansı məlumat verməyəsiniz. Əgər biz onların şəxsiyyətini aydınlaşdırsaq, bu barədə sizə məlumat verəcəyik. Həmin zamana qədər hər gün 100 cəsəd göndərin. Bu məsələ barədə hərbi qulluqçular məlumatlandırılmamalıdır. Baş nazirin göstərişi ilə daşınmanı polis həyata keçirəcək”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"