Türkiyə hərəkətə keçdi - 75 min qüvvə, 2 min texnika...

03 oktyabr, 2022 08:14

Rusiyanın “Şimal axını” qaz kəmərinin borularında təxribat Avropanı əsas qaz tədarükçüsündən məhrum edib.

Artıq “Türk axını” qaz kəmərinə də təxribat ola biləcəyi haqda danışılır. Əgər Türkiyə və Balkanları qazla təmin edən boru kəmərini də hər hansı səbəbdən dayansa, o zaman Avropa İttifaqı daha ciddi enerji böhranı üzləşəcək. Qazın qiyməti isə daha da sürətlə bahalaşacaq.

Belə bir risk də var ki, Ərdoğanın Rusiyaya loyal münasibətinə görə yaxınlaşan seçkilər ərəfəsində ABŞ Türkiyəni cəzalandırmaq fikrinə düşə bilər. Çünki Qara dənizdə nəqliyyat infrastrukturunun oxşar şəkildə zədələnməsi halında seçkilər ərəfəsində ölkəyə dəyən ziyan onun iqtisadiyyatını çökdürə və bu da prezident seçkilərinin nəticələrinə ciddi təsir edə bilər. Türkiyə sənayesinin dayanması inflyasiyanı daha da sürətləndirə, bu da Ərdoğan hakimiyyətinin qələbəsinə ciddi maneə yarada bilər.

Bu səbəbdən Ankara “Türk axını”nın təhlükəsizliyini gücləndirib. Rusiya mediası yazır ki, Türkiyənin ərazi sularında qaz kəmərini qorumaq üçün bir ay ərzində 75 min nəfərə qədər xüsusi qüvvə və 2 minə yaxın xüsusi texnikanı görəvləndirmək hazırlığındadır.

“Türk axını” kəmərinin operatorunun lisenziyasının ləğvi də Ankaraya ABŞ-ın xəbərdarlığı kimi qiymətləndirilir. Kəmərin operatoru indi Hollandiyanın “South Stream Transport B.V” şirkətidir. İstənilən halda, həm Türkiyə, həm də Balkanlar hələlik qaz almağa davam edəcək. “Türk axını” operatoru artıq lisenziyanın yenilənməsi üçün müraciət edib. Ankara isə lisenziyasızlıqdan ehtiyat etmir, əsas diqqəti kəmərdə təxribatları önləməyə yönəldib.

Rusiya hökuməti yanında Milli Enerji Təhlükəsizliyi Fondunun və Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç deyib ki, “Türk axını” Avropanı ciddi yanacaq qıtlığından xilas etməyəcək, çünki gücü ildə cəmi 15,8 milyard kubmetrdir.

“ABŞ Rusiya qazının Avropaya tədarükünü tamamilə kəsməyə və Aİ iqtisadiyyatının daha da böyük çöküşünə səbəb olmağa çalışır. Qara dəniz Rusiya, Türkiyə və Rumıniyanın daxili dənizidir. Qərb kəşfiyyat xidmətlərinin bu bölgəyə çıxışı kifayət qədər məhduddur, orada təxribat təşkil etmək onlar üçün daha çətindir. Heç bir sualtı qayıq diqqətdən kənar keçə bilməz”, - deyə, o bildirib.

“Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində meydana gələn sızmaların təxribat olduğu deyilir. Rusiya bu məsələdə ABŞ-ın əli olacağına işarə edir, Vaşinqton da Moskvanı suçlayır.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"