İran virtual məkanla bağlı hansı planları hazırlayıb? - Əhmədinejad

03 oktyabr, 2022 15:53

“İran hökuməti virtual məkanı məhdudlaşdırmaq üçün plan hazırlayıb”.

Bunu İranın sabiq prezidenti Mahmud Əhmədinejad deyib.

O, hazırkı rejiminin ölkədə virtual məkanı məhdudlaşdırmaq məqsədilə plan hazırladığını bildirib.

“Yığıncaqlara icazə vermirsiniz. Xalqın mediası yoxdur. Hətta seçkilərdə belə gəlib səs verməməklə və ya etibarsız saymaqla öz fikrini bildirəndə belə, ona qulaq asmırsınız. İndi də virtualı bağlamaq istəyirsiniz?” - Əhmədinejad hakimiyyətə səslənib.