ABŞ-dan Praqa görüşünə reaksiya
08 oktyabr, 2022 10:31
ABŞ Ermənistan və Azərbaycan sərhədində Avropa İttifaqı (Aİ) missiyasının yaradılmasını alqışlayır və bunun tərəflər arasında danışıqları asanlaşdıracağına ümid edir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel deyib.
O qeyd edib ki, ABŞ Ermənistanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüşdən məmnunluq duyur və hərtərəfli sülh prosesinə təkan vermək üçün Fransa Prezidentinin və Avropa İttifaqı Şurası rəhbərinin addımlarını alqışlayır.