Dünyaca məşhur alim Gəncədəki erməni terrorunu alman faşistlərinin əməlləri ilə müqayisə etdi

16 oktyabr, 2020 00:11

“Erməni hərbçilərinin Gəncədə mülki şəxslərə qarşı “Skad” raketlərini istifadə etməsi, İkinci Dünya müharibəsinin son ilində London, Paris və bir sıra digər şəhərlərin faşistlərin “Fau-2” raketləri tərəfindən atəşə tutulmasını xatırlatdı”.

Azsiyasət.com xəbər verir ki, bu sözləri vesti.az-a amerikalı fizik, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (1968-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki) Roald Saqdeyev söyləyib.

Roald Saqdeyev 1932-ci ildə Moskvada anadan olub. Moskva Dövlət Universitetini bitirib. Atom Enerjisi İnstitutunda və Nüvə Fizikası İnstitutunda çalışmışdır. 1968-ci ildə SSRİ Elmlər Akademiyasının akademiki seçilib. ABŞ Milli Elmlər Akademiyasının üzvü olub. 1973-1988-ci illərdə SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqat İnstitutuna rəhbərlik etmişdir. 1990-cı ildə ABŞ-a köçüb. Plazma fizikası, kosmik fizikası və idarə olunan termonüvə sintezi problemləri üzərində işlərin müəllifidir. Roald Saqdeyev Mixail Qorbaçovun müşavirlərindən biri olub və yüksək səviyyəli danışıqlarda iştirak edib.

“Nasistlərin müharibəni uduzduğunu anlayan Hitler terror silahlarını bu şəhərlərin mülki əhalisinə qarşı yönəltmək üçün ümidsiz cəhd etdi. “Fau-2” o dövrdə raket texnikasının mütləq zirvəsi olsa da, onun hədəfə düşməsinin dəqiqliyi kilometrlərlə hesablanırdı. Bu silah hərbi hədəflərə zərbələr üçün tamamilə yararsız idi. Lakin böyük şəhərlərə “təsadüfi” atəş terror silahına çevrildi və mülki əhalinin qorxusuna səbəb oldu.

Yalnız 1944-cü ilin payızından 1945-ci ilin mart ayına qədər almanlar Londona mindən çox raket atdılar. Böyük Britaniyanın Baş naziri Uinston Çörçill qərar qəbul edərək Hərbi Hava Qüvvələrini “Fau-2”nin start meydançalarını məhv etməsini əmr etdi. Eyni zamanda, İngilislər bu raketlərin istehsalı ilə əlaqəli olan hərbi fabrikləri bombaladı.

Sovet istehsalı olan “Skad” raketləri əslində “Fau-2”nin modifikasiyasından başqa bir şey deyil.

Sergey Korolev, böyük bir mühəndis qrupu ilə Stalin tərəfindən müharibədən dərhal sonra Almaniyaya göndərildi və “Fau-2”nin rəsmlərini və silahın nümunələrini oradan gətirdi. Beləliklə, on il ərzində “Skad”ın yaradılması üzərində addım-addım iş getdi. Soyuq müharibənin ilk dövründə Sovet rəhbərliyi bu cür raketləri nüvə başlıqları təhciz edirdi. Bu halda isə dəqiqlik məsələsi o qədər də vacib deyil. Daha sonra qitələrarası raketlər meydana çıxdı və “Skad”lar istifadəsiz qaldı. Bu silahları çox miqdarda dost dövlətlərə tədarük etməyə başladılar.

Bir çox yerdə onlar “işə yaradı”. Məşhur 1973-cü il müharibəsində Misir bu raketləri İsrailə qarşı istifadə etdi, İraq və İran isə 1980-1988-ci il müharibəsində bir-birlərini bu silahla atəşə tutdu. Sovet İttifaqı özü Əfqanıstan kampaniyasında yüzlərlə “Skad”dan istifadə etdi. Nəhayət, Şimali Koreya sakitcə “Skad”ların daxili mexanizmini öyrənərək, onların cihazlarını təkminləşdirdi və qitələrarası raketlərin istehsalına başladı.  

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI