"Muzdlu cəlb etmək barədə Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır" - Prezidentin köməkçisi

16 oktyabr, 2020 00:31

“Ermənistandan fərqli olaraq, Azərbaycan muzdluların qəbuluna, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı 1989-cu il Konvensiyasına 1997-ci ildə qoşulub”

Azsiyasət.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.

"Azərbaycan qanunlarına (Cinayət Məcəlləsi) əsasən, muzdlu cəlb etmək cinayət olduğu üçün Azərbaycana qarşı irəli sürülən hər hansı bir ittiham əsassızdır".