Paşinyan Ermənistanın sentyabr döyüşündəki itkilərini açıqladı

14 oktyabr, 2022 17:33

Azərbaycanla sərhədyanı ərazidə sentyabrın 12-13-də Ermənistanın törətdiyi təxribat nəticəsində ölən erməni hərbçilərin sayı açılanıb.

"Aysor" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin toplantısında danışıb.

Onun sözlərinə görə, ölən və itkin düşən hərbçilərin sayı 210-u ötüb, 293 hərbçi isə yaralanıb.