Ukraynaya kütləvi raket və dron hücumu başladı

16 oktyabr, 2022 17:27

Ukraynanın bütün regionlarında hava həyəcanı verilib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Kiyev, Poltava, Çerniqov, Çerkassk, Çernovits, Odessa, İvano-Frankovsk, Rovnensk və Sum vilayətlərində hava hücumları ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Ukrayna mətbuatı Rusiyanın qanadlı raketlər və kamikadze dronları ilə Ukrayna şəhərlərini atəşə tutduğunu bildirib.