"Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır" - Ukrayna Prezident Ofisi

17 oktyabr, 2022 19:11

“Ukraynalıların qətlinə görə birbaşa İran məsuliyyət daşıyır”.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, öz xalqına zülm edən İran indi Avropanın mərkəzində kütləvi qətllər törədən Rusiyanı silahlandırır. M.Podolyakın fikrincə, rəsmi Tehrana tətbiq edilən sanksiyalar kifayət deyil.

Qeyd edək ki, İranın “Şahed” PUA-larının Ukraynadakı müharibədə istifadə olunmasına dair konkret faktlar var. Rəsmi Tehran isə Moskvaya PUA verməsini təkzib edir.