Ukrayna İranı rəsmən terrorçu dövlət kimi tanımağa hazırlaşır

18 oktyabr, 2022 18:28

Ukrayna Ali Radasına İranla diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.

"TASS" xəbər verir ki, bunu parlamentin deputatı Aleksey Qonçarenko “Telegram” kanalında yazıb.

Həmçinin qanun layihəsində İranın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması da yer alır.

Deputat tez bir zamanda parlamentdə layihənin müzakirə olunacağına ümid etdiyini bildirib: “Sözügedən sənəddə parlamentə təklif olunub ki, İranın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması və ona qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı BMT, Avropa Parlamenti, AŞPA, NATO və digər beynəlxalq təşkilatlara, həmçinin üçüncü ölkələrin hökumətlərinə müraciətlər etsin”.