İrandan Rusiyaya PUA-lar verməsi ilə bağlı ittihamlara - Reaksiya

20 oktyabr, 2022 09:31

İran Ukraynada istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) təhvil verilməsi ilə bağlı ittihamları qəti şəkildə rədd edib. 

Bu barədə TASS agentliyi İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaniyə istinadən məlumat yayıb. 

Məlumata görə, bundan əvvəl bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasının qapalı iclası keçirilib.

Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski isə bildirib ki, Rusiya Ukraynadakı münaqişədə yalnız öz istehsalı olan dronlardan istifadə edir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski xalqa son videomüraciətində bir ay ərzində Ukrayna ordususu tərəfindən İran istehsalı olan 233 “Şahed” pilotsuz uçuş aparatını məhv edildiyini bildirib.