BMT-də qalmaqal - Rusiya "münasibətləri yenidən dəyərləndirməyi" tələb edir

20 oktyabr, 2022 14:29

Rusiya BMT-nin baş katibi Antoniu Quterrişlə və təşkilatın Katibliyi ilə onların Ukraynaya, Ukrayna və Qərb siyasətçilərinin sözlərinə görə, İranda hazırlanan və Rusiya qoşunları tərəfindən Ukrayna şəhərlərinə hücumlar üçün istifadə edilən pilotsuz uçuş aparatlarının müayinə edilməsi məqsədilə ekspertlər göndərəcəyi təqdirdə "əməkdaşlığı yenidən dəyərləndirməklə" təhdid edir.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski "RBK" agentliyinə müsahibəsində danışıb.

"BMT-nin Katibliyinə gəldikdə, onun BMT Təhlükəsizlik Şurasının 2231 qətnaməsinə aid olanları araşdırmaq üçün mandatı yoxdur. Biz ümid edirik ki, Katiblik və baş katibin özü yenidən BMT Təhlükəsizlik Şurasının qərarlarını pozmayacaq, özünün texniki mandatından kənara çıxmayacaq və hər hansı qeyri-qanuni araşdırmalarda iştirak etməkdən çəkinəcək. Əks halda bizim onlarla əməkdaşlığımızı yenidən dəyərləndirmək lazım gələcək, bu da heç kimin maraqlarına uyğun deyil. Biz bunu istəmirik, amma başqa yol qalmayacaq", - Polyanski deyib.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa Polyanskinin bəyanatını kifayət qədər tənqidlə şərh edib.

"Həqiqədən BMT-nin nə zamansa gördüyü ən iyrənc şəxslərdən birinin abdal məntiqidir", - o, "Twitter" səhifəsində yazıb.
Payızın əvvəlindən Rusiya Ukraynaya raket zərbələri üçün İranın "Şəhid-136" (rusiyalılar onu "Geran-2" adlandırır) kamikadze-dronlardan istifadə edir.

Sentyabrın 24-də Ukrayna XİN İrana "Rusiyaya ukraynalıların qətli üçün silah tədarükünü dərhal dayandırmağa və özünə haqq qazandırmamağa" çağırış edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan cavabında bəyan edib ki, Tehran Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün hər hansı silah verməyib.

Lakin Ukrayna HHM müntəzəm olaraq "Şəhid-136" dronlarını vurur.

Oktyabrın 17-də Kiyevin Şevçenko rayonunda İran kamikadze-dronlarının hücumu nəticəsində yaşayış evində partlayış baş verib. Nəticədə beş nəfər, o cümlədən 34 yaşlı hamilə qadın həlak olub.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib ki, o, Ukrayna prezidenti Vladimir Zelenskiyə İranla diplomatik münasibətlərin kəsilməsi barədə təklif irəli sürəcək.

"İranın hərəkətləri namərdlik və yalandır və biz buna dözməyəcəyik", - Kuleba deyib. 

Öz cavabında İran XİN nümayəndəsi Nasir Kənani bəyan edib ki, belə "əsassız bəyanatlar" bəzi ölkələrin KİV-lərinin İran İslam Respublikasına qarşı məqsədyönlü və siyasi təbliğat xaralterli kampaniyasının bir hissəsidir.

İran siyasətçisi əmin edib ki, İran "belə ittihamların əsassız olduğunu" sübut etmək üçün Ukrayna ilə danışıqlara hazırdır. 

Bu yaxınlarda isə İran Rusiyaya "yer-yer" tipli raketləri və əlavə PUA-lar tədarük etməyi vəd edib.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI