Putin Təhlükəsizlik Şurasının üzvlərini topladı - Qarabağa görə
16 oktyabr, 2020 16:08
Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Azsiyasət.com “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, iclas iştirakçıları həmçinin Dağlıq Qarabağ münaqişəsindəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.