Rəisi Paşinyanı İrana çağırdı - SƏBƏBLƏR

23 oktyabr, 2022 01:48

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran prezidenti İbrahim Rəisinin adından Ermənistanın baş naziri Nikol Paşinyanı Tehrana dəvət edib.

“Sputnik Armenia” xəbər verir ki, Ermənistanın baş nazirinin mətbuat xidməti Rəisi ilə Paşinyan arasında Nyu-Yorkda keçirilən görüşü xatırladıb və onun razılaşmalar baxımından məhsuldar olduğunu qeyd edib.

"Cənab Rəisi məndən xahiş etdi ki, sizi Tehrana səfərə dəvət etdiyini çatdırım və bir daha vurğulayım", - Abdullahian deyib.

XİN başçısı qeyd edib ki, İran qonşularla, xüsusən də Ermənistanla münasibətlərə önəm verir.