Ermənistan XİN təkzib etdi - Görüş gözlənilmir

26 oktyabr, 2022 00:48

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü gözlənilmir.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Yaxın vaxtlarda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin görüşü planlaşdırılmır", - açıqlamada deyilir.

Qeyd edək ki, Türkiyənin "Sabah" qəzeti diplomatik mənbələrə istinadən xüsusi nümayəndələrin görüşü barədə məlumat yayıb. Növbəti görüşün Türkiyədə keçiriləcəyi iddia edilib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır. Onlar artıq bir neçə dəfə görüş keçiriblər.