ABŞ və İsrail regionda və onun hüdudlarından kənarda İranın mənfi təsirini müzakirə ediblər

26 oktyabr, 2022 12:35

ABŞ-ın dövlət katibi Entoni Blinken çərşənbə axşamı Vaşinqtonda İsrail prezidenti İsaak Hersoqla görüşüb. Dövlət Departamentinin məlumatına görə, onlar "ikitərəfli münasibətlərin möhkəmliyini təsdiq ediblər və ümumi təhlükəsizlik problemlərini, o cümlədən Rusiyanın Ukraynada təcavüzkar müharibəsini və İranın regionda məhvedici təsirini müzakirə ediblər".

"Bizim ürəyimiz İran xalqının yanındadır. İran qadınları gündən-günə sıxışdırılırlar və hücuma məruz qalırlar, İran silahlarından isə Ukraynada dinc sakinlərə, günahsız mülki şəxslərə qarşı istifadə olunur", deyə prezident Hersoq görüşdən əvvəl bildirib.

Blinken, öz növbəsində, əlavə edib ki, ABŞ və İsrail İranın regionda və "onun hüdudlarından çox-çox kənarda" atdığı təhlükəli, sabitliyi pozan əməllərə və terror aktlarına qarşı "birgə mübarizə aparırlar".

"İranın Rusiyanın Ukraynaya və Ukrayna xalqına qarşı təcavüzü davam etdirməsini təmin etmək üçün ona PUA verməsi dəhşətli nəticələr verir və biz buna qarşı mübarizə aparmaq qətiyyətindəyik", deyə Blinken əlavə edib.

Bu gün Hersoq Ağ Evdə prezident Baydenlə görüşəcək. ABŞ rəsmiləri səfəri "ABŞ və İsrail arasında möhkəm tərəfdaşlığı və dostluğu vurğulayan" addım kimi səciyyələndiriblər.

Ağ Evin məlumatına görə, Bayden və Hersoq qarşılıqlı maraq doğuran regional və qlobal problemlər də daxil olmaqla, əsas məsələlərlə bağlı məsləhətləşmələr aparacaqlar.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"