“Ermənilərin Naxçıvana raket atmasının iki səbəbi var“ - Polkovnik

17 oktyabr, 2020 00:22

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələri ötən gün saat 10:44 radələrində işğal olunmuş Qubadlı rayonu ərazisindən Ordubad rayonu ərazisinə raket zərbəsi endirib. Xoşbəxtlikdən hadisədə dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Azsiyasət.com yenisabah.az-a istinadən xəbər verir ki, ehtiyatda olan polkovnik Şair Ramaldanov məsələ ilə bağlı açıqlamasında ermənilərin bu cür addımlar ataraq ilk növbədə dinc əhalini təşvişə salmaq istədiyini bildirib: 

“Naxçıvan da Azərbaycandır və Azərbaycana edilən atəşlər Naxçıvandan da yan keçməyib.  İndiyədək atmırdılar, bunun olması gözlənilən bir hal idi. Çünki ermənilər cəbhə bölgəsində  cavab verə bilmirlər. Azərbaycana bütün istiqamətdə atəş açmaqla evlərini dağıtmaq, dinc əhalini təşvişə salaraq insanları ayağa qaldırmağa cəhd edir. Onların fikri 1993-cü ilə gedib. Ancaq bilmək lazımdır ki, Azərbaycan o vaxtkı Azərbaycan deyil. Xalq da, ordu da dəyişib”.

Hərbi ekspertin fikrincə, ermənilərin digər bir məqsədi münaqişənin coğrafiyasını genişləndirməkdir:

“Ermənistan üçün nə qədər çox dövlət bu məsələyə qarışsa, o qədər yaxşıdır, bu onlara sərf edər, çünki özləri heç nə edə bilmirlər. Vəziyyət cəbhə bölgəsində rahatlıqla görünür, Paşinyanın son çıxışı da bunu təsdiq edir. İstəyirlər ki, Azərbaycan Ermənistan sərhəddini pozsun və onlar əllərində bayraq tutaraq öz havadarlarına, KTMT üzvlərinə müraciət edə bilsinlər. Bununla Dağlıq Qarabağda prosesləri müəyyən qədər yayındırmaq istəyirlər”.

Həmsöhbətimiz vurğulayıb ki, Ermənistanın bu davranışında həm də öz daxili auditoriyasına yönələn hədəf var:

“Onlar Ordubada  da atəş açmaqla, “Biz güclüyük, istəyəndə  Gəncəni vura, Azərbaycana zərbələr endirə bilirik, Naxçıvan da çox hoppanıb düşməsin. Biz lazım olsa, onların da dərsini verəcəyik. Görürsüz, biz atırıq, heç cavab atəşi atmırlar”, -demək istəyirlər. Yəni bu, populist addımlardır. Hazırda Azərbaycan dövləti tərəfindən müəyyən tədbirlər görülür və Xarici İşlər Nazirliyi vasitəsilə bütün beynəlxalq qurumlara Ermənistanın Azərbaycan ərazisinə atəş açması ilə bağlı fakta söykənən məlumatlar verilir. Azərbaycan həmin obyektləri hərbi-legitim obyekt adlandıraraq cavab atəşi ilə məhvetmək hüququnu özündə saxlayır. Sadəcə indi hüquqi baza hazırlanır. Düşünürəm ki, bütün bu əsaslar əldə olunduqdan sonra lazımi addım atılacaq. Azərbaycanda olan texniki vasitələr, peyklər onların hansı nöqtədə nə atdıqlarını qeydiyyata ala bilir. Son zamanlar onlar Kəlbəcər rayonuna da gətirməyə məcbur oldular ki, sırf Azərbaycan ərazisi olsun. Ermənilərə təminat verən dövlətlər  müəyyən tələblər qoyurlar, çünki Ermənistan ərazisinə təcavüz olmayıb. Olsa belə, bu, Ermənistanın təcavüzünün cavabı kimi qəbul olunacaq. Cənab Prezident öz sözünü deyib və Azərbaycan üçün təhlükə yarada biləcək obyektləri Azərbaycan Ordusu tərəfindən darmadağın edəcək”.

Mütəxəssis Ermənistanın boş əraziyə raket atmasının iki səbəbi olduğunu diqqətə çatdırıb:

“Ordubada atdıqları raket şükür ki, açıq əraziyə düşüb. Onların boş yerə raket atmasının iki səbəbi var. Birincisi, ola bilər ki, şəxsi heyətlərinin hazırlığı aşağı səviyyədədir. İkincisi isə o raketlərin köhnə olma ehtimalı var. Düşünmürəm ki, ermənilər bilərəkdən Naxçıvanda boş yerə atəş açsınlar. Çünki bu sadəcə top atəşi deyil, müəyyən vəsait aparan raketlərdən istifadə olunub. Onlar bilərək bunu etməz”.

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"