ABŞ İrana qarşı sanksiyaları artırdı

26 oktyabr, 2022 20:05

ABŞ İrana qarşı sanksiyaları genişləndirib.

Azsiyaset.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

İran hakimiyyətinin 14 nümayəndəsi və 3 təşkilat "qara siyahı"ya salınıb.

Sanksiyaların tətbiq edilməsinə səbəb bu şəxslərin etiraz aksiyalarının yatırılmasında iştirak etməsidir.