Valyuta ehtiyatlarımız nə qədər artıb?

28 oktyabr, 2022 11:47

Bu ilin 9 ayının nəticələrinə görə, Azərbaycanın valyuta ehtiyatları 3,5 faiz artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

T.Kazımov qeyd edib ki, hazırda valyuta ehtiyatlarımız 55,1 milyard dollardır.

Baş bankirin sözlərinə görə, bu, 35 aylıq idxalı maliyyələşdirməyə imkan verir: “O cümlədən AMB-nin valyuta ehtiyatları bu ilin əvvəlindən 8,4% artaraq 7,7 milyard dollara çatıb”.