“Ermənistan yalnız Azərbaycanı deyil, həm də Avropanın enerji təhlükəsizliyini hədəf alır” - Prezidentin köməkçisi

17 oktyabr, 2020 00:35

Avropanın ictimai-siyasi dairələrində geniş oxucu auditoriyasına malik “Euractiv” portalında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Ermənistanın Azərbaycanın mülki şəxslərinə və həyati əhəmiyyətli infrastrukturlarına qarşı hücumları diqqətdən kənar qalmamalıdır” adlı məqaləsi dərc olunub.

Azsiyasət.com xəbər verir ki, Hikmət Hacıyev məqalədə Ermənistanın 30 ilə yaxındır Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin iyul ayında baş vermiş Tovuz hadisələrindən üç ay keçməmiş - sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı törətdikləri növbəti təxribatlar, eləcə də Azərbaycan Ordusunun Ermənistanın bu təxribatlarını dəf etmək və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları, işğal edilmiş bəzi torpaqların bu əməliyyatlar nəticəsində azad edilməsi barədə məlumat verib.

Prezidentin köməkçisi yazır ki, Ermənistanın Azərbaycanın mülki yaşayış ərazilərinə və həyati əhəmiyyətli infrastrukturuna qarşı hücumları humanitar fəlakətə gətirib çıxara bilər.

Münaqişənin tarixi barədə məlumat verən Hikmət Hacıyev qeyd edir ki, bu problem Ermənistanın 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən və Azərbaycanın işğal olunmuş digər yeddi rayonundan dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 (822, 853, 874 və 884 saylı) qətnaməyə məhəl qoymaması ucbatından hələ də həll olunmamış qalır. Bu da münaqişəni yenidən alovlandırıb.

Prezidentin köməkçisi oxucuların diqqətinə çatdırır ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin bir hissəsi Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən bəri həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı azad edilib. Azərbaycan Silahlı Qüvvələri döyüşlərin ilk günlərindən etibarən beynəlxalq humanitar hüquqa və 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına uyğun olaraq mülki hədəfləri deyil, yalnız legitim hərbi obyektləri və hərbçiləri hədəf seçir. Azərbaycanın Silahlı Qüvvələrinin döyüş meydanında qazandığı inamlı qələbə Ermənistanın hərbi-siyasi rəhbərliyinin nizamsızlığa uğramasına səbəb oldu və Ermənistan tərəfi qəsdən əhalinin sıx yaşadığı Azərbaycan şəhərlərinə və döyüş zonasından tamamilə kənarda yerləşən kəndlərinə hücumlar etməyə başlayıb. Ermənistan oktyabrın 11-də cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yaşayış ərazisinə ballistik “SCUD” raketini atıb. Raketin hədəfə aldığı ərazinin yaxınlığında bu hücumu əsaslandıra biləcək hər hansı hərbi obyektin olmaması həmin hücumu hərbi cinayət kimi xarakterizə etməyə əsas verir. Gecə yarısında həyata keçirilən bu dəhşətli hücum nəticəsində yaşayış binası tamamilə dağılıb, 10 mülki şəxs həyatını itirib və 34 nəfər yaralanıb. Bu hücumun ən acınacaqlı nəticələrindən biri də hər iki valideynini itirən iki yaşındakı uşaqla bağlıdır. Oktyabrın 14-nə qədər olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 43 nəfər həlak olub, 214 nəfər isə xəsarət alıb. Həmçinin ümumilikdə 1571 ev və çoxmənzilli yaşayış binası, eləcə də 277 mülki obyekt yararsız vəziyyətə düşüb.

Azərbaycanın mülki yaşayış məntəqələrinə qarşı hücumlar etməklə Ermənistan mülki əhali arasında qorxu yaratmaq məqsədi güdür. Bu, həm də Ermənistanın münaqişənin coğrafiyasını genişləndirmək və Azərbaycanı sülhə məcburetmə əməliyyatından yayındırmaq üçün edilmiş bir cəhddir. Ermənistan təkcə mülki əhalini deyil, həmçinin Azərbaycanın və onun beynəlxalq tərəfdaşları, eləcə də qitənin enerji təhlükəsizliyi üçün siyasi və iqtisadi əhəmiyyətə malik olan Azərbaycanın həyati əhəmiyyətli enerji infrastrukturunu, neft və qaz boru kəmərlərini hədəf alır.

İndi açıq-aşkar aydındır ki, Ermənistan strateji cəhətdən əhəmiyyət daşıyan Cənubi Qafqaz bölgəsində mülki şəxslərin həyatını və enerji təhlükəsizliyini riskə qoyaraq burada sülhə və sabitliyə açıq-aşkar təhdid yaradır. Beləliklə, Ermənistan yalnız Azərbaycanı deyil, həm də Avropanın enerji təhlükəsizliyini hədəf alır.

Azərbaycanın mülki əhalisi və onun həyati əhəmiyyətli enerji infrastrukturları öz ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycanın sülhə məcburetmə əməliyyatlarında qazandığı uğurlar qarşısında Ermənistanın yaşadığı məyusluğa görə cəzalanmamalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşları bu cür təhlükəli təxribat əməllərinə qarşı daha diqqətli olmalı və onları kəskin şəkildə pisləməlidirlər.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI