KTMT Başçıları Şurasının iclası ciddi bir nəticə vermədi

29 oktyabr, 2022 00:57

2022-ci il oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə növbədənkənar sessiyası keçirilib.

Ermənistanın baş naziri Nikol Paşinyan iştirakçılara müraciətində onları “Azərbaycanın təcavüzünü” pisləməyə və “Ermənistanın ərazi bütövlüyünü bərpa etmək üçün tədbirlər görməyə” çağırıb. Lakin görüşün yekun hesabatına əsasən, Paşinyanın çağırışına məhəl qoyulmayıb.

 “Sessiya zamanı KTMT-nin baş katibi Stanislav Zasın 2022-ci il sentyabrın 15-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Ermənistana ezam olunmuş Missiyanın işi barədə məlumatı dinlənilib. Sentyabrın 13-də ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşmalar olub, çoxlu sayda insan tələfatı olub”, - deyə KTMT-nin saytında yerləşdirilən məlumatda bildirilir.

 İclas iştirakçıları regiondakı mövcud vəziyyəti və “Ermənistan Respublikasına yardım göstərmək üçün birgə tədbirləri” müzakirə ediblər.

 “Mövcud ziddiyyətlərin və mübahisəli məsələlərin siyasi və diplomatik yollarla, o cümlədən Ermənistanın baş naziri, Rusiya prezidenti və Azərbaycan prezidenti tərəfindən 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində qəbul edilmiş üçtərəfli bəyanatlarda əksini tapmış razılaşmalara uyğun olaraq həll edilməsinə qəti əminlik ifadə olunub.

 Sessiyanın yekunları üzrə KTMT Kollektiv Təhlükəsizlik Şurasının üzvləri müvafiq qərarlar layihəsini yekunlaşdırmaq üçün bir sıra təkliflər veriblər”, - deyə məlumatda bildirilir. -02D-

*   *   *

KTMT Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş növbədənkənar iclası

Oktyabrın 28-də RF prezidenti Vladimir Putin videokonfrans formatında KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında iştirak edib.

Rusiya prezidentinin saytında yer alan məlumata görə, iclasda Ermənistan baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emomali Rahmon və KTMT baş katibi Stanislav Zas iştirak ediblər.

Putin giriş sözünü Ermənistan-Azərbaycan münaqişəsinə həsr edib.

"Biz bu gün də Bakı və Yerevan arasında münasibətlərin kompleks şəkildə və hərtərəfli normallaşmasına nail olmaq üçün əlimizdən gələnii edirik", deyə o bildirib.

"Bizim Yerevanla da, Bakı ilə də bir çox əlaqələrimiz var və bunları nəzərə almamaq, sadəcə olaraq, mümkün deyil. Biz, şübhəsiz ki, hamımız kifayət qədər çətin vəziyyətdəyik. Amma biz, əlbəttə ki, Rusiyaya yaxın olan dövlətlər arasında problemlərdən və fikir ayrılıqlarından kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə şərait yaratmağa hazırıq".

"Şübhəsiz ki, sülhə gedən yeganə mümkün və real yol tərəflərin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin məlum birgə bəyanatlarının bütün müddəalarına ciddi şəkildə riayət etməsindən keçə bilər".

"Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, nəqliyyat əlaqələrinin açılması, humanitar məsələlərin həlli yollarında bu razılaşmaların ardıcıl yerinə yetirilməsi sayəsində Ermənistanın Azərbaycanla münasibətlərinin dayanıqlı normallaşmasına nail olmaq olar.

Biz Ermənistan baş naziri ilə də bu barədə dəfələrlə danışmışıq və başa düşdüyüm qədər, həmkarımız bununla tamamilə razıdır. Məsələ bu həlləri necə tapmaqdadır, bütün bunlar asan deyil, amma onları yalnız bu yolda tapmaq olar. Gələcəkdə bu, sülh sazişinin imzalanmasına nail olmağa imkan verəcək", deyə Putin bildirib(turan.az).

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI