Erməni müxalifəti ümummilli mitinqə hazırlıq görür

31 oktyabr, 2022 16:04

"Müqavimət Hərəkatı” noyabrın 5-də Fransa meydanında mitinq keçirəcək”.

“Armenpress” xəbər verir ki, bu barədə müxalif “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan mətbuat konfransında bildirib.

O, 5 noyabr mitinqinin birlik mitinqi olacağını xatırladıb:

“Bu mitinq hər hansı bir şəxs və ya tərəf haqqında deyil, “Artsax”ın suverenliyi, Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyi haqqında olacaq. Bu, erməni xalqının mitinqidir, həmin mühüm tədbirdə iştirak edən Ermənistan vətəndaşı qeyd etməlidir ki, vətəninin sahibidir və vətənlə bağlı danışıqlar aparılmır”.