Paşinyan sabah İrana gedir
31 oktyabr, 2022 17:31
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 1-i İranın paytaxtı Tehrana rəsmi səfər edəcək.
Eməni mediası xəbər verir ki, səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti əsasında baş tutacaq.
Məlumata görə, səfər çərçivəsində Paşinyan və Rəisi arasında danışıqlardan sonra yüksəkvəzifəli nümayəndələr heyətləri ilə birgə görüş keçiriləcək. Bununla yanaşı, İran və Ermənistan arasında əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.