BMT Rusiyanı daha bir beynəlxalq təşkilatda blokladı — Ukraynanı isə Azərbaycanlı diplomat təmsil edir - FOTOLAR

02 noyabr, 2022 19:22

Cenevrədə BMT Baş Məclisinin orqanı olan BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) təşkilatının Beynəlxalq Mühasibat Uçotu və Hesabat Standartları üzrə Ekspertlərin Hökumətlərarası İşçi Qrupunun 39-cu sessiyası işə başlayıb.

Demokrat.az xəbər verir ki, BMT-nin Cenevrə ofisində noyabrın 3-dək davam edəcək toplantıda 50-dən çox ölkə və 15-dək beynəlxalq təşkilat nümayəndələri iştirak edir. Beynəlxalq tədbirdə Azərbaycandan nümayəndə iştirak etməsə də, qardaş Türkiyədən mütəxəssislər iştirak edir. 

UNCTAD-ın əsas vəzifələri beynəlxalq ticarətin inkişafına kömək etmək, dövlətlər arasında bərabər, qarşılıqlı faydalı əməkdaşlıq, müasir beynəlxalq iqtisadi münasibətlərin işləməsi üçün tövsiyələrin, prinsiplərin, təşkilati və hüquqi şərtlərin və mexanizmlərin hazırlanması, BMT-nin digər qurumlarının iqtisadi əlaqələrin iqtisadi inkişafı və beynəlxalq ticarətin təşviqi sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsində iştirakdır.

İcra orqanı, fəaliyyətlərin ümumi razılaşdırılmış prioritetlərlə uyğunlaşdırılmasından məsul olan Ticarət və İnkişaf Şurasıdır. UNCTAD katibliyi üzv dövlətlərin hökumətləri ilə əməkdaşlıq edir, BMT təşkilatları və regional komissiyalarla qarşılıqlı fəaliyyət göstərir.

Sözügedən tədbirdə Azərbaycanın tanınmış diplomatı, hazırda Ukraynanın maliyyə nazirinin müşaviri olan Azər Xudiyev də iştirak edir. O, Ukrayna dövlətini sözügedən beynəlxalq tədbirdə təmsil edir. 

Sessiyada Azər Xudiyev tərəfindən Ukrayna hökümətinin hazırladığı “Fövqəladə hallarda dövlət sektoru subyektlərinin hesabatlarının islahatına konseptual yanaşmalar” adlı analitik sənəd də müzakirəyə çıxarılacaq. 

Sessiyada Ukraynaya dəstək olaraq, hesabat qərarının qəbul edilməsi gözlənilir. 


Ukraynanın maliyyə nazirinin Azərbaycanlı müşaviri Azər Xudiyev Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən tədbir Ukrayna üçün ciddi əhəmiyyətə malikdir:

"Milyonlarla ukraynalı kimi, mən də Ukraynanın ədalətli qələbəsinə tam inanıram, yaxın zamanlarda Ukrayna xalqının firavan gələcəyinə ümid edirəm. Qələbə bizimlə olacaq. Başqa cür də ola bilməz. Yaşasın Ukrayna-Azərbaycan dostluğu!".

​​​​​​​

Qeyd edək ki, sözügedən iclasa ilk dəfə olaraq Rusiya heç bir formatda dəvət edilməyib. 

Xatırladaq ki, BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) təşkilatı 1964-cü ildə təsis edilib. UNCTAD-ın mərkəzi Cenevrədə yerləşir. Bu gün konfrans 195 ölkəni əhatə edir. UNCTAD qərarları qətnamə şəklində qəbul edilir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"