Avropa İttifaqı Bakını və Yerevanı sərhədin delimitasiyası məsələsində irəliləyişə çağırır
03 noyabr, 2022 16:52
Brüsseldə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası başlayıb.
Bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino özünün Twitter'ində qeyd edib.
"Baş nazirlərin müavinləri Mher Qriqoryanın və Şahin Mustafayevin rəhbərlik etdiyi Ermənistan və Azərbaycan sərhəd komissiyalarını onların 3-cü iclası üçün Brüsseldə salamlamaqdan məmnunam. Avropa İttifaqı tərəfləri regionda təhlükəsizliyi yaxşılaşdırmaq və delimitasiya üzrə irəliləyişə nail olmaq üçün addımlar atmağa çağırır", deyə o qeyd edib.