Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyanı vədlərini yerinə yetirməməkdə ittiham edib

05 noyabr, 2022 13:01

Rusiya Soçi bəyanatına Dağlıq Qarabağ haqqında qeyd daxil etməyi vəd edib, amma bu, baş verməyib. Bu barədə Ermənistanın Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bildirib.

"Biz bir neçə dəfə çalışmışıq ki, Rusiyanın təkliflər paketi dəqiq ifadə olunsun, orada Dağlıq Qarabağ münaqişəsindən danışılsın. Rusiya tərəfi bunun olacağına söz verib, amma bu, baş verməyib.

Biz həmçinin sülhməramlıların Dağlıq Qarabağda yerləşməsi haqqında dəqiq qeyd olmasını istəyirdik, amma Soçidə yekun bəyanatda bu da əksini tapmayıb", deyə Qriqoryan Factor.am nəşrinə müsahibəsində bildirib.

"Rusiya tərəfi açıq şəkildə bildirib ki, onun Ermənistan tərəfi üçün yaxşı təklifləri var. Ermənistan, öz növbəsində, bildirib ki, bu gündəliyi tamamilə dəstəkləyir.

Hazırda masada 2 sənəd var - biri bizim üzərində işlədiyimiz Azərbaycanın təklifləri, digəri sülh sazişinin parametrləri haqqında ideyaları əks etdirən Rusiyanın təklifi. Qərb sadəcə olaraq variant axtarmağa kömək edir", deyə o sözünə davam edib.

Qriqoryan təsdiq edib ki, tərəflər Azərbaycanın təklif etdiyi beş bənddən ibarət paket üzərində işləyirlər.

"Ermənistan bir çox cəhətdən yalnızdır. KTMT-dən lazımi reaksiya yoxdur. Təbii ki, Ermənistan heç vaxt dəhliz verməyəcək, biz bilirdik ki, bu yaxınlarda təcavüzün səbəblərindən biri Ermənistanın dəhliz verməkdən imtina etməsi idi və onlar Ermənistana təzyiq göstərməyə çalışırlar", deyə Qriqoryan bildirib.

Qeyd edək ki, indiyədək "Vaşinqton" və "Rusiya" nizmalanma variantlarını heç kim açıqlamayıb. Əksər müşahidəçilərin fikrincə, əslində bu sənədlər yoxdur. Amma bir sıra Ermənistan mənbələri iddia edirlər ki, Rusiya variantı "Xovayev Planı"dır (ATƏT-in Minsk Qrupunun Rusiyalı həmsədri).

Sentyabrın əvvəllərində Xovayev Yerevana və Bakıya səfər edib, RF XİN tərəfindən işlənib hazırlanmış nizamlanma ideyalarını təqdim edib. Bu təkliflərin mahiyyəti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin daha əvvəl imzalanmış üçtərəfli bəyanatlarından fərqlənmirdi. Onlar kommunikasiyaların açılmasını, münasibətlərin normallaşmasını, sərhədlərin demarkasiyasını və s. nəzərdə tuturdu. Təkcə bir prinsipial fərq var idi. Sənəddə deyilirdi ki, tərəflər Dağlıq Qarabağın statusu məsələsinin həllini gələcəyə saxlamağa razılaşırlar.

Vladimir Putin də Valday Forumunda çıxışında Rusiya variantının ermənilər üçün daha sərfəli olduğunu, belə ki, Qərbin təkliflərində Qarabağın Azərbaycanın tərkibində tanındığını deyərkən məhz bunu nəzərdə tuturdu.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI