Əli İnsanov yenidən "Əliyevçi" oldu: YAP rəhbərliyindən reaksiya - VİDEO

05 noyabr, 2022 14:25

Keçmiş səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiyi barədə bəyanat verib. O, bildirib ki, partiya İdarə Heyətində iki günlük müzakirələrdən sonra bu qərara gəliblər.

HƏP sədri video müraciətində Azərbaycanın xarici siyasətində son vaxtlar baş vermiş mühüm hadisələri sadalayıb. Ə.İnsanov Prezident İlham Əliyevin ölkədə və xaricdə keçirdiyi görüşlərin qarşıda duran problemlərin həlli istiqamətində uğurlu hadisələr kimi qeyd edib.

“Azərbaycanın xarici siyasəti ölkə Prezidenti Cənab İlham Əliyevin siyasəti deməkdir”, - deyən partiya sədri, İdarə Heyətinin bütün üzvlərini bu siyasəti dəstəkləməyə dəvət edib.

Haqq Ədalət Partiyasının İdarə Heyətinin üzvləri, o cümlədən, Norveçdən (onlayn) HƏP sədrinin 1-ci müavini, polkovnik İsa Sadıqov və ABŞ-dan (onlayn) HƏP sədrinin müavini, sabiq nazir Qüdrət Quliyev də müzakirələrə qatılıb. İdarə Heyətinin üzvləri yekdilliklə Prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini qeyd ediblər. Daha sonra səsvermə keçirilib və qərar qəbul edilib.

“Haqq Ədalət Partiyası olaraq daim dövlətimizin və ordumuzun yanında olduğumuzu bildirir, İlham Əliyevin apardığı siyasəti birmənalı olaraq dəstəklədiyimizi bəyan edirik. Partiya İlham Əliyevin siyasi kursunu dəstəkləyir”, -deyə Əli İnsanov öz müraciətində bəyan edib.

YAP sədrinin müavini-Aparat rəhbəri Tahir Budaqov Əli İnsanovun bəyanatına münasibət bildirib.

O gununsesi.info-ya açıqlamasında deyib ki, Azərbaycan Prezidenti son illər siyasi sistemin yeni konfiqurasiyasını və dialoq mühitini yaradıb və ölkənin siyasi qüvvələri milli birlik naminə bu prosesə qoşulub: “Bu baxımdan, mən Əli İnsanovun mövqeyini yüksək qiymətləndirəm. O, 44 günlük Vətən Müharibəsindəki qələbəmizdə cənab Prezidentin rolunu vurğuladı. Onun bu bəyanatını təqdir edirəm. Bu onu göstərir ki, artıq siyasi münasibətlərdə yeni mərhələ başlayıb”. 

​​​​​​​

azpolitika.info

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"