Rusiyanın Təhlükəsizlik Şurasının katibi İrana niyэ gedib?

09 noyabr, 2022 09:53

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çərşənbə axşamı İran İslam Respublikasına gedib, o paytaxt Tehranda İranın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.

Bu barədə İRNA məlumat yayıb.

Məlumata görə, Patruşev İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin dəvəti ilə rəsmi səfər edib.

Səfər çərçivəsində Şamxani ilə danışıqlardan əlavə, İranın yüksək rütbəli siyasi və iqtisadi xadimləri ilə ikitərəfli münasibətlərin və beynəlxalq arenada əməkdaşlığın inkişafı məsələlərini müzakirə etmək üçün görüşlər nəzərdə tutulub. İRNA-nın məlumatına görə, Patruşevi səfərdə Rusiya Federasiyasının müxtəlif iqtisadi qurumlarının rəsmiləri müşayiət edir.

Agentlik digər təfərrüatları açıqlamayıb.