Azərbaycan deputatları iranlı həmkarları ilə əlaqəni kəsiblər?

10 noyabr, 2022 15:45

"İran parlamentinin üzvləri ilə hansısa təmaslarımız və müzakirələrimiz hələlik mümkün deyil".

Bu sözləri Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvü, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadə deyib.

İranın Azərbaycana qarşı xoşagəlməz addımlar atdığını deyən deputat son hadisələr barədə iranlı parlamentarilərlə müzakirələr aparmağın lüzumsuz olduğunu deyib:

 

"Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun bəzi iranlı üzvləri çıxışlar edib və mövqe ortaya qoyublar. İran deputatları Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdilər. Biz isə onların mövqeyinin düzgün olmadığını, ittihamların əsassız olduğunu mətbuata açıqlamalarımızda qeyd etmişik. Hazırda dediyim kimi, əlaqələrimiz yoxdur. İran parlamentinin sədri Azərbaycana gəlməli idi. Amma bizim gözləntimizə rəğmən son gün gəlməyəcəyini öyrəndik. Bu fakt özü də İran parlamentinin hansı mövqedə olduğunu göstərir".

"Milli Məclisin müvafiq iş planı var və bunun əsasında İran parlamenti ilə əlaqələr üzrə işlərimizi davam etdirə bilərik. Halbuki, hələlik belə imkanlarımız yoxdur. Son hadisələrlə əlaqədar Milli Məclis səviyyəsində görüş və ya onlayn müzakirə aparılmayıb. Əgər İran spikeri Azərbaycana gəlsəydi, hansısa formada fikir mübadiləsi aparıla, görüşlərin sonunda memorandum, bəyanat, hər hansı sənəd qəbul edilə bilərdi. İran buna getmədi", - deyə deputat vurğulayıb.

Xatırladaq ki, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri gözlənilsə də, o, son anda Bakıya gəlməkdən imtina edib. İran tərəfi səfərin təxirə salınmasının səbəbini açıqlamayıb. Bundan dərhal sonra Ermənistan parlamenti İran spikerini İrəvana dəvət edib.

Ümumilikdə isə İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi, Ermənistana dəstək nümayişi, eləcə də Bakıya ünvanlanan hədələr fonunda iki ölkə arasında münasibətlər kəskin şəkildə pisləşib. İranın təxribatçı mövqeyinin nədən qaynaqlandığı məlum deyil. Görünən odur ki, Tehran Vətən müharibəsində tarixi qələbəyə imza atan Azərbaycanın uğurlarını hələ də həzm edə bilmir(modern.az). 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"