Kanadanın "Thej.ca" nəşrində Fransa Senatının ədalətsiz qərarını pisləyən məqalə dərc olunub

19 noyabr, 2022 14:05

Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Fransa Azərbaycana deyil, İrana qarşı sanksiyalar tətbiq etməlidir” sərlövhəli məqalə dərc olunub.

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi məlum sənədlə bağlı rusiyalı analitik İqor Korotçenkonun Fransa Senatının adının dəyişdirilərək Fransa Erməni Diasporu Senatı adlandırılmasının zəruriliyinə dair fikirləri yer alıb: “Pulun qoxusu olmur. Görünür, səs verən senatorların hər biri bu tezisi rəhbər tutub. Bildiyiniz kimi, Fransada hətta eks-prezidentlər də erməni milyarderlərə məsləhətçi işləyirlər. Sarkozinin nümunəsinə baxın. O, prezident kimi Liviyadan rüşvət alıb. Bəs Makron?”

Məqalədə “Ev Kilsəsi Hərəkatı”nın iranlı xristian lideri, keşiş Səid Abedinə də istinad edilib: “Mən İranda insan haqlarının vəziyyəti ilə bağlı Qərbin yürütdüyü siyasətdən çox məyus oldum. Ötən il inqilaba çevrilən qanlı küçə etirazlarında 2000-dən çox insan ürəyindən və başından güllələndi. Onlar əsasən azyaşlılar və bakirə qızlar idi. 20 mindən çox insan, o cümlədən əmim oğlu Məhəmməd və Nazarin həbs olunub, onların hamısı dəhşətli fiziki, emosional və cinsi işgəncələrə məruz qalıb. Onlardan bəziləri haqqında ölüm hökmü bu məqaləni oxuduğunuz vaxta qədər artıq yerinə yetiriləcək. Digərləri həftələrlə təcavüzə məruz qalıblar. Lakin Qərb bunu şifahi şəkildə pisləsə də, heç vaxt tədbir görmür”.

İsrailli politoloq, həmçinin qeyd edib ki, Avropanın Ukraynadakı müharibənin yaratdığı qaz çatışmazlığını həll etməli olduğu, Azərbaycan qazının və neftinin bu problemin həlli üçün əlverişli variant olduğu bir vaxtda Fransa Senatı plüralizmə, multikulturalizmə və qadın hüquqlarına dəyər verən Azərbaycana deyil, nüvə proqramını reallaşdıran və müntəzəm olaraq “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndirən İrana qarşı əlavə sanksiyaların tətbiqinə səs verməli idi. Məqalədə Fransa parlamentinin qadınların fransız dəyəri olan Qərb libası geymək hüququ tələb etdikləri üçün öldürüldüyü, insan haqlarının vəziyyətinin hər gün pisləşdiyi İrana qarşı tədbir görmək əvəzinə, qadınların istədikləri kimi geyinməkdə azad olduğu bir ölkə olan Azərbaycana sanksiya tətbiq etmək qərarının əsaslı etiraz doğurduğu vurğulanıb.

Müxtəlif fikirlərin yer aldığı məqalədə yekun qənaətə gəlinib ki, Fransa Azərbaycan kimi sülhsevər bir ölkəni təqib etmək əvəzinə, bütün səylərini İran İslam Respublikasına qarşı yönəltməlidir. Dünya Tehrandakı mollalara qarşı birləşməli, Azərbaycanı və bu dəhşətli rejimə qarşı mübarizənin önündə gedən digər ölkələri gücləndirməli, onları zəiflətməməlidir. Müəllif, həmçinin Fransa Senatının qəbul etdiyi qətnaməyə erməni diasporunun Fransanın milli maraqlarına vurduğu zərər kimi xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

​​​​​​​

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"