"Şeytan yuvası"nda "rus mərkəzi" açıldı - Xankəndidə növbəti təxribat...

22 noyabr, 2022 10:20

Azərbaycanın beynəlxalq axtarışa verdiyi separatçıbaşı Araik Arutyunyan Xankəndidə "artsax hakimiyyətinin təşəbbüsü" ilə yaradılan "rus mərkəzi"nin açılış mərasimində iştirak edib.

Bu barədə erməni mənbələri məlumat yayıb.

"Qurumun fəaliyyəti rus dilinin, rus mədəniyyətinin və tarixinin populyarlaşdırılmasına, təhsil sahəsində dialoqun və sıx əməkdaşlığın inkişafına yönəldiləcək. Mövcud zəngin kitab fondu sayəsində gənc nəsil də rus yazıçılarının əsərlərini öyrənmək imkanı əldə edəcək", - deyə məlumatda qeyd olunur. "Rusiya mərkəzlərinin açılması erməni və rus xalqları arasında çoxəsrlik dostluğun daha bir bariz sübutu və sıx əməkdaşlığımızın əyani nümayişidir. "Artsax"da həmişə rus dilinin öyrənilməsinə xüsusi diqqət yetirilib və mərkəzin açılması indiki şəraitdə zərurətdən artıq zərurətdir", - deyə Arutyunyan deyib.​​​​​​​