Vasif Talıbovun oğlu da dindirilib

25 noyabr, 2022 13:15

Naxçıvanda aparılan yoxlamalar zamanı Ali Məclis sədri Vasif Talıbovun oğlu və köməkçisi Seymur Talıbov da dindirilib.

Bu haqda facebookdakı “Gündəlik Naxçıvan” səhifəsi məlumat yayıb.

Xəbərdə bildirilir ki, yoxlamalar zamanı Naxçıvanda onun nəzarətində olan "Gəmiqaya" və "Cahan" holdiqlərin külli miqdarda gömrük rüsumundan yayındığı üzə çıxıb. 

Bu haqda məlumat verən həmin şirkətlərdə çalışan əməkdaşlar deyiblər ki, "Cahan" Holdinq bir neçə ay öncə bir neçə şirkətə bölünüb:

“Hüquq-mühafizə orqanları əvvəlcə Türkiyədəki Dilucu gömrüyünə sorğu göndərib, son bir ildə Naxçıvana keçən malların siyahısını alıblar. Məlum olub ki, Türkiyədən keçən bu malların heç biri Naxçıvan tərəfdə qeydiyyata alınmayıb. Qeydiyyata alınmayan məhsulların əksəriyyəti "Cahan" və "Gəmiqaya"nın fabrik və zavodlarında istehsal olunan xammallardır. Məsələn, qapı-pəncərə zavodu üçün plastik xammal məmulatları... Söhbət yüz milyonlarla manatdan gedir. Bu mallara görə heç bir rüsum ödənməyib. Bu işdə Naxçıvan Gömrük Komitəsinin sədri və müavinin də əli var. Hər ikisi artıq saxlanılıb, deyilənə görə, Bakıya aparılıblar. Onların ifadələri əsasında Seymur Talıbovu da dindiriblər. Bakıda onun qardaşı Rza Talıbov da dindirilib. Bu şirkətlər rəsmi olaraq Seymur və Rzaya məxsus olmasa da, hamı bilir ki, onların nəzarətindədir".

Bildirək ki, bu həftənin əvvəlindən etibarən, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"