"Azərbaycan Ordusu Şuşanı götürə bilər və bu, qaçılmazdır!" - Maksim Şevçenko

19 oktyabr, 2020 01:00

Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko oktyabrın 18-də YouTube-dakı səhifəsində Dağlıq Qarabağda döyüş əməliyyatlarına həsr olunmuş növbəti videomüraciətini dərc edib.

Azsiyasət.com xəbər verir ki, müraciətin lap əvvəlində M.Şevçenko yenə də Ermənistan tərəfinin, guya Azərbaycanın tərəfində vuruşan muzdlular haqqında yalan məlumatlarına toxunub.

"Azərbaycan gənclərinin böyük əksəriyyəti döyüşə can atır. Analar bu uşaqları azadlıq müharibəsinə göndərirlər. Azərbaycanda görünməmiş vətənpərvərlik yüksəlişi hökm sürür. Kimsə mənə heç olmasa bir səbəb göstərə bilərmi ki, Azərbaycanın ən müasir silahlarla təchiz olunmuş Ordusuna həmin müxtəlif dərili yaraqlılardan ibarət qruplaşmalar nə üçün lazımdır?"- deyə Maksim Şevçenko soruşub.

Rusiyalı siyasətçi xaricdəki erməni diasporunun xadimlərini Qarabağda gedən müharibədə birbaşa ittiham edib.

"Bu insanlar hazırda Qarabağ dağlarında ölməli olan erməni uşaqlarının ətini və qanını satırlar", - deyə M.Şevçenko bildirib.

O qeyd edib ki, Azərbaycan Ordusu Şuşadan bir neçə kilometr aralıda dayanıb və onu götürə bilər. Maksim Şevçenko bunun qaçılmaz bir proses olduğunu vurğulayıb.

Rusiyalı siyasətçi bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın arxasında duran qüvvələr məsələnin sülh yolu ilə həllində maraqlı deyillər.

Maksim Şevçenko xatırladıb ki, Heydər Əliyev və Levon Ter-Petrosyan məsələnin sülh yolu ilə həll olunması barədə, demək olar ki, razılığa gəlmişdilər, lakin Saziş pozuldu. Bu məsələdə rusiyalı siyasətçi RF XİN-in keçmiş rəhbəri Andrey Kozırevi ittiham edib. Maksim Şevçenko Moskvanın Cənubi Qafqazla bağlı siyasətində Kozırevin hələ də iştirak etdiyini vurğulayıb və bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bu vektoru dəyişdirməyə çalışır.

M.Şevçenko bir daha vurğulayıb ki, Azərbaycan Ordusu Şuşanı və Xankəndini götürə bilər, amma bunu etmir.

"Yalnız hərbi qərar qalarsa, bu, Rusiyanın maraqlarına dəhşətli zərbə olacaq. İslam dünyası ilə, Türkiyə ilə, Qafqazla yaxşı münasibətlər saxlamaq Rusiyanın xeyrinədir. Bu, Rusiyanı reallaşdırır. Bu, Rusiya üzərində hökmranlıq edən rusofoblu transmilli elitaların hakimiyyətinə son qoymaq imkanıdır. Ona görə də mən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləyirəm. Bu gün Azərbaycan əsgəri həm də erməni xalqı üçün, ermənilərin onları bu fəlakətə düçar etmiş qüvvələrdən azad olması və Rusiya xalqlarının mənafeyi uğrunda mübarizə aparır ki, onlar, onları Qərb elitalarına topdan və pərakəndə satanların girovuna çevrilməsinlər...

Biz əlbəttə ki, sülh tərəfdarıyıq, amma bəzən sülh yalnız silah hesabına əldə edilir", - deyə Maksim Şevçenko vurğulayıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"