İran Rusiya ilə 300 milyonluq memorandum imzaladı

29 noyabr, 2022 00:11

İran Rusiya ilə 300 milyon dollar dəyərində avtomobillərin ixracına dair memorandum imzalayıb.

Azsiyaset.com xəbər verir ki, bu barədə İran Avtomobil Ehtiyatları İstehsalçıları Assosiasiyasının rəhbəri Məhəmmədrza Nəcəfi Maneş bildirib.

Qeyd edək ki, İranda avtomobil istehsalı ilə “Xodro” şirkəti məşğul olur. Bu brendin məşhur modelləri arasında “Pejo-405”-in bazasında istehsal olunmuş “Samand” modeli də var.