Ərdoğan Bəşər Əsədlə Azərbaycanda görüşə bilər

30 noyabr, 2022 15:34

Türkiyə və Suriya liderləri arasında birbaşa təmasların yaradılması imkanları yenidən müzakirə olunur. Ötən günlərdə Prezident Rəcəb Tayyib Ərdoğanın Qətərdə Misirin dövlət başçısı ilə 9 ildən sonra ilk dəfə görüşü, ardınca  Bəşər Əsədlə danışıqları istisna etməməsi münasibətlərin bərpa olunması ehtimallarını artırır. 

Son günlər Türkiyə hökümətinə yaxın mətbuat orqanları da Suriya məsələsinə həssaslıqla yanaşaraq, Ərdoğanın Əsədlə görüşünün mümkün olacağını yazırlar. 

Mətbuatda yer alan xəbərlərə əsasən, Türkiyə və Suriyanın nümayəndələri iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsəd arasında şəxsi görüş təşkil etmək üçün pərdəarxası diplomatiya həyata keçirirlər.  

2011-ci ildən bəri görüşməyən liderlərin nə vaxt və harada bir araya gələcəyi hələlik sual altındadır. 

Bəs Suriya tərəfi nə düşünür? Onlar Türkiyə ilə danışıqların bərpasına hazırdılarmı?

Beynəlxalq Jurnalistlər Şurasının (Küresel Gazeteciler Konseyi) Suriya üzrə nümayəndəsi, analitik Deniz Bustani Ankara ilə Dəməşq arasında münasibətlərin bərpası prosesini Modern.az-a şərh edib. O bildirib ki, Türkiyənin 2010-cu ildən sonra Orta Şərq siyasəti dəyişib və bu, iki hissəyə ayrılır: 

“Türkiyənin siyasəti 2016-cı ilə qədər və 2016-ci ildən bu günə kimi olan dövrü əhatə edən iki yerə bölünür. Türkiyə ilə Misir arasında normallaşma prosesi Liviya ilə iqtisadi razılaşmaya əsaslanır. Bu razılaşma son zamanlar Yunanıstanı narahat etdiyindən dolayı yolla Türkiyənin Misir ilə yaxınlaşmasına gətirib çıxarıb.

 

Türkiyə və Suriya arasında münasibətlərin normallaşması istəyi müəyyən səbəblərdən qaynaqlanır. Burada şərtlər də müxtəlifdir. Tükiyə və Suriya arasında 910 kilometrlik sərhəd xətti var. Bunun müəyyən hissəsi terror təşkilatı olan YPG/PKK-nın nəzarəti altındadır. Bu da Türkiyəyə ciddi risklər yaradır, ona görə də hərbi əməliyyatlar həyata keçirilib. Bu gün Türkiyə ümummiyyətlə terrorun qarşısını almaq, yox etmək üçün Suriya ilə danışıqlara getmək niyyətindədir. Bu da cənab Ərdoğan və Bəşər Əsədin dialoqlarına dəlalət verir. Danışlarla bağlı istəklər tək tərəfli deyil. İki ölkə arasında sərhədin təhlükəsizliyi Suriya üçün də vacibdir. Bununla bərabər Suriyada müharibəni bitirib, istiqlalı təmin etmək Türkiyənin diplomatik həmləsi ilə bağlıdır. İki liderin bir masada oturub, eynilə 1998-ci ildə olduğu kimi terrorla mübarizə aparmaq üçün yeni müqavilə bağlaması hər şeyi həll edə bilər. Bu məsələlər artıq seçim deyil, məcburiyyətdir. Bu gün Türkiyənin milli maraqları Suriya ilə yenidən diplomatik münasibətləri başlatmağa əsas verir”.  

Deniz Bustaninin sözlərinə görə, bəzi ölkələr Türkiyə-Suriya münasibətlərinin normallaşmasını istəmir və bunun üçün səylər göstərirlər:

“Suriyada bir neçə ölkənin maraqları toqquşur. İndi bu ölkələr Türkiyə və Suriyanın yaxınlaşmasına əngəl kimi görünür. Çünki iki ölkənin çıxarlarını nə İran, nə də Rusiya qəbul edir. Görürük ki, son illər ərzində bu ölkələr vasitəçi olsa da, nəticə əldə edə bilməyiblər. Ona görə də Türkiyənin Suriya ilə birbaşa əlaqə qurmasının səbəbi elə vasitəçiləri aradan qaldırmaqdır. İndi proseslərdə ola bilsin ki, əvvəl Rusiya masada olsun. Amma bu, o demək deyil ki, Rusiya davamlı iştirak edəcək”.  

Analitik ehtimal olunan görüşün gələn il Türkiyədə keçiriləcək Prezident seçkilərinə necə təsir edə biləcəyindən və görüşün hansı ölkədə keçirilmə ehtimalından da danışıb. O hesab edir ki, indiki durumda Ərdoğan-Əsəd görüşü Azərbaycanda təşkil oluna bilər:

“Dünyada baş verən iqtisadi böhrandan bizim bölgəmiz daha çox təsirlənib. İki ölkə arasında yaxınlaşmanın seçkiyə təsirini iqtisadi olaraq təhlil etmək lazımdır. 2011-ci ilə qədər Türkiyə və Suriya arasıda ticarət həcmi 2 milyard dollar idi, əgər 2014-də müharibə olmasaydı, bu rəqəm 5 milyard dollara yüksələcəkdi. Deməli, Türkiyə bölgədəki sabitsizlik səbəbindən ildə 5 milyard dollar itirmiş olub. Bununla bərabər Türkiyə Suriya üzərindən digər Ərəb ölkələri ilə də əlaqə qururdu. Gömrüksüz ticarət razılaşmasına əsasən, digər ölkələrlə əlaqələrin qurulması asan idi. Buna görə də son illərdə Türkiyə ərəb ölkələrində ciddi zərər görüb. Burada Qətər istisna olsa da, Səudiyyə Ərəbistanı, Bəhreyn kimi ölkələr ticarət sahəsində itirdiyimiz ölkələrdir.

Hesab edirəm ki, əlaqələrin normallaşması nəticəsində iqtisadi sahədə irəliləyiş seçkilərdə iqtidara müsbət təsir edə bilər. Türk millətinin maraqları bu yöndədir. Bu ilin sonuna qədər iki ölkə arasında hər hansı diplomatik yaxınlaşma gözləmək düzgün deyil. Türk jurnalist olaraq bir neçə dövlət adamı ilə, xarici işlər naziri, prezident köməkçisi, hətta Suriyanın Rusiyada səfiri ilə də görüşmüşəm, onlar da münasibətlərin normallaşmasına müsbət baxırlar. Türkiyə və Suriya arasında diplomatik münasibətlər ən gec gələn ilin iyul, avqust ayına qədər normallaşa bilər. Cənab Ərdoğan və Bəşər Əsəd arasında ilk görüş bu iki ölkədən birində deyil, hər hansı üçüncü ölkədə ola bilər. Hətta iki ölkənin ortaq çıxarlarının nöqtəsi olaraq, həm də tarixi əlaqələri nəzərə alaraq bu görüş Azərbaycanda ola bilər”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI