Paşinyan ABŞ təmsilçisi ilə görüşüb

01 dekabr, 2022 17:38

Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin administrasiyası bildirib.

Məlumata görə, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib. Görüşdə ABŞ-la Ermənistan arasında strateji dialoqa da toxunulub.

Qeyd edək ki, baş müşavirin Ermənistana səfəri dekabrın 4-dək davam edəcək.

Xatırladaq ki, o, İrəvandan əvvəl Bakıda və Tblisidə səfərdə olub.