ABŞ və Rusiya üçün Minsk qrupu artıq yoxdur, Paşinyan deyir var... - Danışıqlarda irəliləyişlər olub?

02 dekabr, 2022 12:30

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 1-də İrəvanda ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə müşaviri Filip Rikeri qəbul edib.

Erməni mediası xəbər verir ki, Paşinyan görüş zamanı Amerika diplomatına İrəvanın "ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini yüksək qiymətləndirdiyini" bildirib. Bu da qeyd olunur ki, Paşinyan və Riker bu görüş zamanı Qarabağ problemi ilə bağlı məsələləri və Qarabağ erməniləri ilə Bakı arasında danışıqlar mexanizminin yaradılması məsələsini, eyni zamanda Azərbaycan-Ermənistan münasibətləri, regional stabillik və başqa mövzuları müzakirə ediblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti də noyabrın 28-də Filip Rikeri qəbul etmişdi. Riker bu görüş zamanı vurğulamışdı ki, hazırda hər iki ölkə tərəfindən real, cəsarətli addımları müşahidə edir: "Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub, sülh daha yaxşı və parlaq gələcək vəd edir".

Erməni tərəfinin əsas etibarilə “Minsk qrupunun amerikalı həmsədri” kimi təqdim etdiyi Filip Rikerin özü də ötən ay bu məsələyə toxunmuşdu. O, ATƏT-in Minsk qrupunun mandatı barədə demişdi: "Məncə iş o həddə çatıb ki, biz bu mandata konsensusla son qoya bilərik". Eyni fikirləri dekabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da səsləndirib. O, ATƏT-in Minsk qrupunun faktiki olaraq mövcud olmadığını deyib.

Qarabağın statusu məsələsinə gəlincə isə, Lavrov bildirib ki, Almatı Bəyannaməsini və Praqada keçirilən dördtərəfli razılaşmanın müddəalarını qəbul etməklə, Ermənistan tərəfi Qarabağın Azərbaycanın tərkib hissəsi olması faktını qeyd-şərtsiz qəbul edib.(azpolitika.info)

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"