Ərdoğan Azərbaycan-Türkiyə hərbi təlimlərinin məqsədini açıqlayıb

06 dekabr, 2022 16:42

Azərbaycanda bu gün birgə hərbi təlimlər keçirirdik. Bunun məqsədi istənilməyən, amma olan sıxıntıları birlikdə aradan qaldırmaqdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan əlavə edib ki, bu hərbi təlimlər bölgədə fərqli bir prosesləri canlandırır və Azərbaycan-Türkiyə qardaşlığını “Bir millət- İki dövlət” fəlsəfəsi ilə eyniləşdirir.

Türkiyə liderinin sözlərinə görə, oxşar addımlar bundan sonra da atılacaq.