İrəvan Bakıya 1 trilyon dollar təzminat ödəməlidir - Karabulut
08 dekabr, 2022 14:31
Ermənistan Azərbaycana 1 trilyon dollar məbləğində təzminat ödəməlidir.
Bunu Bakıda “Mədəni sərvətlərin qorunmasında YUNESKO konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsi aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Atatürk Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi Kərəm Karabulut deyib.
O, əlavə edib ki, Ağdamda görünən dağıntılardan sonra “hətta bu məbləğ də yetərli görünmür”.