"ABŞ Finlandiya və İsveçin tezliklə NATO üzvü olacağını gözləyir" - Blinken

09 dekabr, 2022 12:15

Cümə axşamı yüksək vəzifəli Amerikalı diplomat bildirib ki, Finlandiya və İsveçin "yaxın gələcəkdə" NATO üzvü olacağını gözləyir, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Finlandiyanın xarici işlər naziri Pekka Xaavisto və İsveçin xarici işlər naziri Tobias Billstrem ilə mətbuat konfransında çıxış edən dövlət katibi Entoni Blinken bildirib ki, hər iki ölkə Türkiyə probleminin həlli üçün "konkret addımlar" atıblar.

"Proses irəliləyir və mən hər iki ölkənin tezliklə rəsmi olaraq üzv olacağını gözləyirəm", deyə Blinken bildirib. "Birləşmiş Ştatlar Finlandiya və İsveçin qoşulmasını dəstəkləməyə tamamilə sadiqdir".

Bir müddət əvvəl Finlandiyanın müdafiə naziri Antti Kaykkonen Ankarada bəyan edib ki, ölkəsi hər bir konkret halda Türkiyəyə silah ixracına icazə verilməsi məsələsini nəzərdən keçirəcək, bu da Ankaranın narazılığını aradan qaldıra bilərdi.

Finlandiyanın xarici işlər naziri Xaavisto öz növbəsində bildirib ki, Türkiyə ilə PKK kürd partiyasının (terrorçu kimi tanınıb) üzvləri ilə bağlı danışıqlar yaxşı gedir.

Vaşinqton həmçinin hesab edir ki, Türkiyənin xüsusilə İsveçin kürd qruplaşmalarını dəstəkləməsi ilə bağlı narahatlıqları yaxın gələcəkdə aradan qaldırılacaq.

Bu həftə İsveç PKK kürd döyüşçülərindən ibarət qruplaşmanın həbs edilmiş üzvünü Türkiyəyə ekstradisiya edib.

Jurnalistlər qarşısında çıxış edən Blinken deyib ki, Rusiya prezidenti Vladimir Putin həqiqətən də NATO-nun genişlənməsinə mane olmaq niyyətində idisə, onun Ukrayna ilə müharibəyə başlamaq qərarının xoşagəlməz nəticələri olub.

"İsveç və Finlandiya NATO-ya daxil olmağa hazırlaşdıqlarına görə, bilirik ki, o, alyansımızı zəiflətməyə müvəffəq olmayıb. Əslində o, NATO-nun daha güclü və daha böyük olmasına səbəb olub".

Hərbi alyansın 30 ölkəsindən 28-i artıq İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya edib. Təkcə Türkiyə və Macarıstan bu prosesi ləngidir. Macarıstan parlamentinin bu məsələ ilə bağlı gələn ilin əvvəlində səs verəcəyi gözlənilir.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"