"Kremlə bağlı, kriminal keçmişə malik oliqarxlar Latviyada..." - "The Insider"

09 dekabr, 2022 17:18

Kremlə bağlı olan və Müdafiə Nazirliyindən müqavilələr alan rusiyalı milyarderlər-İskəndər Mahmudov və Andrey Bokarev şəxsən və başqa insanların vasitəsilə Latviyada bizneslə məşğul olurlar.

Bu barədə “The Insider” araşdırma mərkəzi məlumat yayıb.

Araşdırma müəlliflərinin fikrincə, adıçəkilən milyarderlər 2017-ci ilə qədər “Kalaşnikov” konserninin səhmlərinə sahib olublar və onlara aid “Kolomenski zavodu” Rusiya hərbi gəmiləri üçün dizel mühərrikləri tədarük edir. Sahibkarların “Kalaşnikov” silah konsernində biznes tərəfdaşlarından biri hazırda Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko olub.

Mahmudov və Bokarevin Rusiya aktivləri arasında dövlətin ən böyük podratçılarından sayılan “Ural Mədən-Metallurgiya Şirkəti”, “Kuzbassrazrezugol”, “Transmaşholdinq” şirkətləri də var.

Latviyada vasitəçilər şəbəkəsi vasitəsilə həmin şəxslər “Riqa Elektrik Maşınqayırma Zavodu”na (Rīgas elektromašīnbūves rūpnīca (RER) və onun maşın və avadanlıqlarının topdan satışı ilə məşğul olan törəmə müəssisəsi “LATVO”ya sahibdirlər. PER-in illik dövriyyəsi demək olar ki, 33 milyon avroya çatıb. Şirkət bütün Avropada fəaliyyət göstərir və  hətta Avropa Birliyinin fondlarından yardım alır. Bu ilin may ayında “RER” Çexiyada trolleybuslar və elektrik avtobusları üçün yeni elektrik mühərriki təmin edib.

“The Insider”in yazdığına görə, Mahmudov və Bokarev həmin zavoda “Holding TransComponent” və “Krona Group” ASC vasitəsilə nəzarət edirlər. Adları çəkilən sonuncu şirkətlərin nominal sahibləri isə İqor Lozovoy və Litva vətəndaşı Sergeyus Qreçukas adlı şəxslərdir. “Krona Group” Riqa Elektrik Maşınqayırma Zavodunun eksklüziv distribyutoru, eləcə də Mahmudov və Boçkarevə məxsus “Mərkəzi Şəhərətrafı Sərnişin Şirkətinin” (MŞSŞ) podratçısıdır. Sergeyus Qreçukas əvvəllər RER-in rəsmi tərəfdaşı olan və rusiyalı milyarderlərə məxsus olan “Transmaşholdinq”də işləyib.

Bundan əlavə, “MŞSŞ” vasitəsilə sahibkarlar Estoniyanın ən varlı qadınlarından biri və Moskva şəhərinin vitse-meri Maksim Liksutovun keçmiş həyat yoldaşı Tatyana Liskutova ilə əməkdaşlıq edirlər. Liskutova, Mahmudov və Bokarev birlikdə Cənubi Kiprin “Fredlake Holdings” şirkətinin sahibi olublar. Bu şirkət  Moskva metrosu ilə müqavilələr bağlayaraq yüz milyardlarla rubl qazanıb. Həmin prosesə isə vitse-mer Maksim Liksutov kuratorluq edib.

Mərkəzin məlumatına görə, Mahmudov və Bokarevin adı cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulması işində hallanır. Onlara qarşı Almaniya və İspaniyada ittihamlar qaldırılıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"