Almaniyalı səfir işğal olunmuş ərazilərimizə gedən deputatlardan danışdı

19 oktyabr, 2020 20:36

Oktyabrın 19-da Ədliyyə naziri Fikrət Məmmədov Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanq Maniqi onun xahişi ilə qəbul edib. 

Azsiyasət.com xəbər verir ki, Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafını qeyd edən nazir ölkələrimizin Ədliyyə nazirliklərinin səmərəli qarşılıqlı fəaliyyətini, o cümlədən hüquqi sahədə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) və Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu (İRZ) ilə sıx əlaqələri vurğulayıb.

Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və beynəlxalq aləmdə təqdir olunan məhkəmə-hüquq islahatlarından danışıb, bu sahədə alman ekspertlərinin iştirakını qeyd edib.

Görüşdə səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xüsusilə son vaxtlar dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri barədə məlumatlandırılıb.

Bildirilib ki, razılaşdırılmış humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan tərəfindən insanların sıx yaşadığı şəhər və rayonlarımız ağır artilleriya atəşinə məruz qalıb, təmas xəttindən on kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərinə endirilmiş raket zərbələri nəticəsində qadınlar və uşaqlar olmaqla 25 nəfər həlak olub, 120-dən çox insan yaralanıb. Bütövlükdə isə 61 dinc vətəndaş vəfat edib, 282 nəfər xəsarət alıb, 2200 mülki infrastruktur obyektləri yararsız vəziyyətə düşüb. Ermənistan törətdiyi bu müharibə cinayətləri ilə beynəlxalq humanitar hüquq normalarını, 1949-cu il Cenevrə Konvensiyalarını kobud surətdə pozur.

Həmçinin qeyd olunub ki, işğal altındakı ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyəti, Azərbaycana aid tarixi, mədəni və digər abidələrin dağıdılması və ya adlarının saxtalaşdırılması, qanunsuz məskunlaşdırma siyasətini həyata keçirən və bununla da torpaqlarımızı qaytarmaqda niyyətinin olmadığını göstərən Ermənistan rəhbərliyi açıq-aşkar müharibəyə təhrik edən bəyanatları ilə çıxış edərək danışıqlar prosesini tam pozmuşdur.

Bütün bunların ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının 75-ci sessiyasında dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı vurğulanıb.

Eyni zamanda, Almaniya Bundestaqı deputatlarının qanunsuz olaraq işğal altındakı torpaqlarımıza səfərinin təəssüf doğurduğu bildirilib, səfir V.Maniq həmin deputatların ölkəsinin məhkəmə qərarlarına əsasən faşist mövqeyi ilə seçilən radikal partiya təmsilçiləri olduqlarını söyləyib, Federal Hökumətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

O, son hadisələrlə bağlı dəqiq və dolğun məlumatlara görə təşəkkürünü ifadə edib, Azərbaycan həqiqətlərinin ölkəsində daha geniş təbliğ olunmasının əhəmiyyətini qeyd edib. Qonaq Azərbaycanın dostu olduğunu bildirərək, ölkəmizin tolerantlığını vurğulayıb, ikitərəfli əlaqələrin genişləndirilməsinə hazır olduğunu diqqətə çatdırıb, bildirib ki, Almaniyanın Avropa İttifaqında bu yaxınlarda edəcək sədrliyi əməkdaşlıq üçün əlavə imkan yaradacaqdır. Səfir, həmçinin Ədliyyə Nazirliyi ilə sıx əlaqələri yüksək qiymətləndirib.

Söhbət zamanı iki ölkə arasında ədliyyə sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub, hüquqi yardım, ekstradisiya və digər əməkdaşlıq edilə bilən yeni sahələrlə bağlı faydalı fikir mübadiləsi aparılıb.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"