ABŞ mətbuatı Qarabağdakı Rusiya sülhməramlılarının özbaşınalığından yazıb

20 dekabr, 2022 20:37

ABŞ-ın geniş oxucu kütləsinə malik nüfuzlu “Frontpage Magazine” jurnalında “Qafqazda Rusiyaya əlvida?” sərlövhəli məqalə dərc olunub.

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycanın Qarabağ bölgəsinə Rusiya sülhməramlılarının yerləşdirilməsi diqqətə çatdırılmaqla Ukraynada apardığı amansız müharibə fonunda Rusiyanın Qafqaz regionunda sülhü qorumaq üçün münasibliyi və zəruriliyi şübhə altına alınıb.

Qeyd olunub ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə Azərbaycan hərbçilərinə qarşı dəfələrlə silahlı təxribatlara əl atmış, o cümlədən ordumuzun mövqelərini atəşə tutmuş erməni silahlı birləşmələri hələ də qalmaqdadır. Bu birləşmələr Rusiya sülhməramlı qüvvələrinin birbaşa himayəsi altında yeni hərbi mövqelər qurmağa, səngərlər qazmağa və müdafiə zonası yaratmağa çalışırlar.

Rusiya sülhməramlılarının erməni separatçı qruplaşmalarını silahlandırırmaqla onlara açıq dəstək verdiyini qeyd edən müəllif bunun məlum üçtərəfli bəyanatın maddələrinin yerinə yetirilməməsi kimi qiymətləndirib. İsrailli politoloq Şuşa daxil olmaqla Qarabağın bölgələrinin adlarını ermənicə yazdıqlarına görə Azərbaycan tərəfinin Rusiya sülhməramlılarına səkkiz dəfə memorandum ünvanladığını və sülhməramlıların buna görə Rusiya Müdafiə Nazirliyini günahlandırdığını da diqqətə çatdırıb. Məqalədə bütün bunlar Rusiya sülhməramlılarının Qarabağdakı erməni separatçılarını dəstəkləməsi və sülh prosesini pozması kimi qiymətləndirilib.

Müəllif Rusiyanın nə Qarabağda fəaliyyət göstərən erməni silahlı birləşmələrinin qarşısını almağa, nə də Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların Ermənistan tərəfindən qeyri-qanuni istismarına son qoymağa müvəffəq olduğunu diqqətə çatdırıb. Üstəlik, məlum olub ki, erməni iş adamları ilə yanaşı, Rusiya sülhməramlılarının komandanı general Volkov Azərbaycanın təbii sərvətlərinin, o cümlədən qızıl və digər faydalı qazıntıların qanunsuz istismarında iştirak edib.

Məqalədə həmçinin qeyd olunub ki, Rusiya sülhməramlıları nəzarət etdikləri əraziyə 14 İran vətəndaşının sızmasını təşkil etməklə İranın bölgədəki mövcudluğunu gücləndiriblər. Belə ki, bu şəxslərdən 12-si xeyli sayda erməni icmasının yaşadığı İranın cənub-qərbində yerləşən Xuzistanın İzhe şəhərindəndir. Bildirilib ki, sözügedən sızma Ermənistanın baş naziri Nikol Paşinyanın 2022-ci il noyabrın 1-də İran İslam Respublikasına rəsmi səfərindən sonra baş verib. Səfər çərçivəsində Ermənistan və İran arasında səmimi görüşlər və hərtərəfli danışıqlar aparılıb. Məqalədə iki dövlət başçısının birgə mətbuat konfransında səsləndirilən bəyanata istinad edilib: “Biz iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin və onların gizli potensialının öyrənilməsinin vacibliyini vurğuladıq”.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"