Ermənistan Rusiyanı rəsmi şəkildə pislədi
21 dekabr, 2022 15:49
Rusiya ya edə bilmir, ya etmək istəmir, ya da edə bilmir və etmək istəmir.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın BMT-dəki nümayəndəsinin brifinq çıxışını şərh edərkən deyib.
“Müttəfiq tərəfdən bəyanat daha məqsədyönlü səslənə bilərdi, necə ki Ermənistanla ümumiyyətlə sıx əlaqələri olmayan ölkələr bunu edib”, - Simonyan azərbaycanlı ekoloji fəalların Qarabağda dinc aksiyası və Laçın yolunun rus sülhməramlıları tərəfindən bağlanması barədə danışarkən bildirib.